Audio Konsultasiya

Səsiniz Çatsın, Həkiminiz Dinləsin

Audio konsultasiya OTX platformasında təqdim olunan rahat konsultasiya formatlarından biridir. Kamera istifadə etmək mümkün olmadıqda və ya istifadəçi yalnız səs vasitəsilə danışmağa üstünlük verdikdə bu xidmət ideal seçimdir. Audio konsultasiya zamanı həkiminizlə təhlükəsiz səs bağlantısı vasitəsilə danışaraq tibbi məsləhət ala bilərsiniz.

Necə İşləyir?

  1. Platformaya daxil olun və sizə uyğun həkimi seçin.
  2. Mövcud vaxt cədvəlindən uyğun saatı seçin.
  3. Randevu üçün ödənişi onlayn şəkildə həyata keçirin.
  4. Planlaşdırılmış vaxtda platforma üzərindən audio konsultasiyaya qoşulun.
  5. Konsultasiya bitdikdən sonra həkimin tövsiyələrini şəxsi panelinizdə əldə edin.

Texniki Tələblər

  • Sabit internet bağlantısı
  • Mikrofonu olan cihaz (telefon, planşet və ya kompüter)
  • Müasir brauzer (Chrome, Firefox, Safari və ya Edge)
  • Sakit mühitdə danışmaq üçün uyğun şərait

Konsultasiya Müddəti

Audio konsultasiyanın müddəti seçilən xidmət növünə görə dəyişə bilər:
  • Qısa məsləhət: 10–15 dəqiqə
  • Standart konsultasiya: 20–30 dəqiqə

Audio Konsultasiyanın Üstünlükləri

  • Kamera tələb olunmur – yalnız səs bağlantısı kifayətdir
  • İnternet sürəti aşağı olduqda daha stabil bağlantı
  • Sürətli və rahat tibbi məsləhət alma imkanı
  • Həkimlə birbaşa və məxfi ünsiyyət

Hansı Hallarda Uyğundur?

  • Qısa tibbi suallar və ilkin məsləhət
  • Dərman istifadəsi haqqında aydınlaşdırma
  • Analiz nəticələrinin ümumi izahı
  • Təkrar konsultasiya və müalicə planının izlənməsi

Vacib Qeyd

Audio konsultasiya bir çox tibbi məsələlər üçün uyğun olsa da, vizual qiymətləndirmə və ya fiziki müayinə tələb olunan hallarda həkiminiz video konsultasiya və ya klinikaya müraciət etməyi tövsiyə edə bilər.
Niyə OTX?

Siz Biləcəksiniz

Həkiminizi Necə Seçəcəyinizi Konsultasiyanızdan Nə Alacağınızı Növbəti Addımı Nə Olduğunu
Biz beləcə şəffafıq. Heç bir gizli ödəniş, heç bir sürpriz yoxdur.