Xəstəlik haqqındaAğalar Cavadov · 21.09.2026
Ayaq problemləri
Ayaqda hiss etdiyiniz ağrı hər zaman sadə yorğunluq olmaya bilər. Uzm. Dr. Ağalar Cavadov Son yenilənmə: 21 sentyabr 2026
Daban tikanı nədir?
Səhərlər ilk addımda hiss olunan güclü daban ağrısı təsadüfi deyil — bu, bədənin verdiyi siqnaldır. Uzun müddət ayaq üstə qalmaq, artıq çəki və düzgün olmayan ayaqqabı seçimi bu vəziyyəti daha da ağırlaşdıra bilər. Zərbə dalğa terapiyası (ESWT, FSWT) Elektroterapiya və bəzi idman hərəkətləri Şikayətlər kəsmirsə — steroid inyeksiyası və ya cərrahi müdaxilə
Yastıpəncəlik nədir?
Yastıpəncəlik ayaq qövsünün çökməsi nəticəsində pəncənin yerlə demək olar ki, tam təmas etməsidir. İlk baxışda sadə problem kimi görünsə də, vaxtında müalicə olunmadıqda bədəndə zəncirvari təsir yaradaraq müxtəlif narahatlıqlara səbəb ola bilər. Ayaqlarda ağrı və tez yorulma Diz, bud-çanaq və bel nahiyəsində ağrılar Bədən çəkisi artdıqca bəzi ortopedik problemlərin yaranması Onurğa əyriliyi (skolioz) riskinin artması Uşaqlarda da yastıpəncəliyə diqqət etmək lazımdır: vaxtında qiymətləndirilmədikdə diz, çanaq və onurğa düzülüşünə təsir edərək duruş pozuntularına, bel və kürək ağrılarına səbəb ola bilər. Müalicəsi: həkim fizioterapevt və reabilitoloqun məsləhəti ilə xüsusi fizioterapiya və idman hərəkətləri, həmçinin xəstəyə uyğun hazırlanmış supinator — xüsusi ayaqqabı içliyi.
Tendinit nədir?
Tendinit vətərlərin iltihabı nəticəsində yaranan və gündəlik hərəkətləri çətinləşdirən problemdir. Uzun müddət ayaqüstə qalmaq, həddindən artıq yüklənmə və yanlış ayaqqabı seçimi əsas səbəblərdəndir. Yeriyərkən ağrı, şişkinlik və hərəkətdə çətinlik hiss edirsinizsə, gecikmədən mütəxəssisə müraciət edin. Müalicəsi: elektroterapiya, zərbə dalğa terapiyası (ESWT, FSWT), xüsusi idmanlar və bəzi hallarda inyeksiya (steroid, PRP, proloterapiya və s.). Ətraflı: Zərbə dalğa terapiyası, Uşaq reabilitasiyası.