Yardım mərkəzi

Sizə necə kömək edək?

Həkim tapmaq, AI Köməkçi, sayt sifarişi və məxfilik barədə cavablar bir yerdə. Sualınızı yazın və ya mövzunu seçin.

Həkim tapmaq

OTX nədir?

Azərbaycanda həkim tapmağa kömək edən platformadır: həkimlərin ixtisasını, xidmətlərini, baxdığı halları, iş yerini və əlaqə yollarını bir yerdə göstərir.

OTX-da hansı həkimlər göstərilir?

OTX ilə əməkdaşlıq edən həkimlər və klinikalar: saytı OTX tərəfindən hazırlanmış həkimlər və tərəfdaş klinikalar. Profildəki məlumat həkimin öz saytından götürülür.

Şikayət üzrə axtarış necə işləyir?

Sistem yazdığınıza əsasən uyğun ola biləcək ixtisasları seçir və OTX-dakı həkimləri, tərəfdaş klinikaları göstərir. Həkimlər yalnız OTX bazasındakı profillərdən göstərilir.

Nəticələr necə sıralanır?

Əvvəlcə tibbi uyğunluq: həkimin ixtisası və öz saytında göstərdiyi xidmətlər. Eyni dərəcədə uyğun həkimlər arasında sizin şəhərinizdəkilər öndə olur. Ödəniş sıralamaya təsir etmir.

Sıralama qaydaları
Qəbula OTX vasitəsilə yazılmaq olar?

Hələ yox — bu imkan yaxın zamanda platformada olacaq. İndi profildə həkimin özünün göstərdiyi telefon, WhatsApp və ya saytındakı qəbul səhifəsi var; həkimlə birbaşa əlaqə saxlayın.

Həkim haqqında rəy yaza bilərəmmi?

Hazırda OTX rəy qəbul etmir.

AI Köməkçi

AI Köməkçi nə edir?

Sualınızı və ya şikayətinizi oxuyur, hansı ixtisasın uyğun ola biləcəyini izah edir və OTX-dakı həkimləri, klinikaları göstərir. Diaqnoz qoymur, müalicə və dərman təyin etmir.

AI Köməkçini açın
Cavablar haradan götürülür?

Yalnız OTX-un bələdçilərindən və OTX-un hazırladığı həkim və klinika saytlarının səhifələrindən. Cavabın altında mənbə səhifələri göstərilir.

Ağıllı axtarış necə işləyir
Cavab sualıma uyğun deyilsə, nə edim?

Bunu yazın — məsələn, «məni başa düşmədin» — və ya sualı başqa sözlə yazın. Köməkçi sualı yenidən oxuyur; təkrar irad bildirdikdə daha güclü modelə keçir.

Səhifəni yenilədikdə yazışma qalır?

Xeyr. Səhifə yeniləndikdə söhbət təzədən başlayır; yazdıqlarınız cihazınızda saxlanılmır.

Həkimlər və klinikalar üçün

OTX həkimlərə hansı xidməti göstərir?

Bu gün OTX həkimlər, klinikalar və laboratoriyalar üçün sayt hazırlayır və həmin saytların Google-da və süni intellekt cavablarında tapılmasına çalışır. Onlayn konsultasiya platforması yaxın zamanda olacaq.

Nə edirik
Sayt sifariş etmək üçün nə etməliyəm?

Bizə WhatsApp-da yazın və ya zəng edin. Ehtiyacınızı dinləyib nə edə biləcəyimizi izah edəcəyik.

Həkimlər üçün
Profilimdə səhv var və ya silinməsini istəyirəm.

Profil sizin saytınızdakı və ya bizə təqdim etdiyiniz məlumatlara əsaslanır. Bizə yazın: müraciəti mənbə ilə yoxlayıb profili yeniləyir və ya silirik.

Profiliniz

Məxfilik və təhlükəsizlik

Yazdığım şikayət saxlanılır?

Xeyr. Mətn ünvan sətrinə düşmür və OTX onu saxlamır. Ağıllı axtarış qoşulu olduqda mətn cavab hazırlamaq üçün süni intellekt xidmətinə (Anthropic Claude) göndərilir.

Məxfilik siyasəti
Nəyi yazmamalıyam?

Ad, telefon, şəxsiyyət vəsiqəsi və digər şəxsi məlumatları axtarışa və AI Köməkçiyə yazmayın — həkim tapmaq üçün onlar lazım deyil.

OTX tibbi məsləhət verir?

Xeyr. OTX diaqnoz qoymur, müalicə və ya dərman təyin etmir. Sağlamlığınızla bağlı qərarları həkiminizlə birlikdə verin.

Tibbi xəbərdarlıq

Hesab və qeydiyyat

Həkim tapmaq üçün qeydiyyat lazımdır?

Xeyr. Axtarış, AI Köməkçi və həkim profilləri qeydiyyatsız açıqdır.

Şəxsi kabinet nə vaxt olacaq?

Pasiyent və həkim hesabları yaxın zamanda platformada olacaq. Açılanda bu səhifədə xəbər verəcəyik.

Təcili hallar

Vəziyyət təcilidirsə, nə edim?

Dərhal 103-ə zəng edin. OTX təcili yardım xidməti deyil və təcili hallarda həkim seçməyə vaxt itirməyin.

Nə vaxt 103-ə zəng etmək lazımdır

Cavab tapmadınız?

OTX komandasına yazın — sualınıza insan cavab verəcək.