Həkim haqqındaAlyans Clinic

Alyans Clinic haqqında — Şəkidə 2016-cı ildən

Bu mətn klinikanın OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: alyansclinic.az/haqqimizda/

Alyans Clinic-in yerləşdiyi bina, Şəki Alyans Clinic-in dəhlizi və xəstələr üçün gözləmə yerləri Alyans Clinic-də USM otağı və ultrasəs aparatı

Daimi həkim qəbulları

Nevrologiya, endokrinologiya, kardiologiya, qastroenterologiya, pediatriya, ginekologiya, travmatologiya və ortopediya, dermatovenerologiya, stomatologiya, klinik psixologiya, fizioterapiya.

Diaqnostika

Radiologiya: MRT, rəqəmsal rentgen, USM (o cümlədən Doppler və EXO). Nevrofiziologiya: EEQ və EMQ. Kardioloji müayinələr: EKQ, exokardioqrafiya, Holter monitorinqi. Endoskopiya: qastroskopiya və kolonoskopiya. Laboratoriya: qan, sidik, biokimyəvi, hormonal və infeksion analizlər.

Prosedurlar

Plazmaferez, venadaxili infuziya, fizioterapiya prosedurları, lazer epilyasiya, krioterapiya, fraksional CO₂ lazer, dərin üz təmizliyi.

Qonaq həkimlər

Bakıdan və Türkiyədən dəvət olunan neyrocərrah, ürək-damar cərrahı, uroloq-androloq, onkoginekoloq, KBB cərrahı, oftalmoloq, travmatoloq-ortoped, revmatoloq, psixiatr və digər mütəxəssislər müəyyən günlərdə klinikada qəbul aparır.

Missiyamız

Şəki və ətraf bölgələrin sakinlərinə lazım olan müayinəni və mütəxəssis rəyini evlərinə yaxın, vaxtında və aydın şəkildə təqdim etmək. Xəstə üçün düzgün həkimə, düzgün vaxtda müraciət imkanı yaratmaq bizim işimizin əsasıdır.

Peşəkarlıq

Hər ixtisas üzrə qəbulu həmin sahənin həkimi aparır. Dar ixtisaslar üçün mütəxəssisləri Şəkiyə dəvət edirik.

Etibar

Xəstəyə müayinənin nə üçün lazım olduğunu, nəticənin nə demək olduğunu və növbəti addımı açıq izah edirik.

Yenilik

Diaqnostika imkanlarını genişləndiririk: MRT, EEQ, EMQ, Holter və digər müayinələr klinikanın özündə aparılır.

Qayğı

Yaşlılara, hamilə qadınlara və hərəkəti məhdud olan xəstələrə növbədə üstünlük verilir. Klinikaya gələ bilməyənlər üçün evdə xidmət təşkil olunur.

Maarifləndirmə və ictimai fəaliyyət

Hamiləlik məktəbi 4 aprel 2026-cı ildə Şəki Dram Teatrında gələcək analar üçün ödənişsiz təlim keçirildi. Tədbir Baku Medical Plaza-nın “Möcüzəyə doğru — Analıq məktəbi” layihəsi çərçivəsində, Alyans Clinic Şəki və Joker Baby Store-un təşkilati dəstəyi ilə baş tutdu. Təməl Həyat Dəstəyi (BLS) təlimi Ürək-ağciyər reanimasiyası (CPR), ilkin yardım və təcili vəziyyətdə düzgün davranış qaydaları praktiki şəkildə öyrədilib. Ödənişsiz müayinə günləri Orces ortopedik mərkəzi ilə birgə ayaq analizi cihazı vasitəsilə uşaq və böyüklərin ortopedik müayinəsi, həmçinin səyyar tibbi heyətin iştirakı ilə şəkərli diabet üzrə ödənişsiz müayinə günü təşkil olunub. Sual–cavab rubrikası Sosial şəbəkələrdə izləyicilərin sualları həkim və psixoloq tərəfindən cavablandırılır.