MediaAlyans Clinic
Media və fəaliyyətlər | Alyans Clinic Şəki
Maarifləndirmə
Hamiləlik məktəbi (4 aprel 2026, Şəki Dram Teatrı) Baku Medical Plaza-nın “Möcüzəyə doğru — Analıq məktəbi” layihəsi Şəkidə Alyans Clinic Şəki və Joker Baby Store-un təşkilati dəstəyi ilə keçirildi. Gələcək analar və valideynlər üçün hamiləliyin izlənməsi, doğuşa tibbi və psixoloji hazırlıq, ana və körpə sağlamlığı mövzularında ödənişsiz təlim təşkil olundu. Təməl Həyat Dəstəyi (BLS) təlimi Ürək-ağciyər reanimasiyası (CPR), ilkin yardım və təcili vəziyyətdə düzgün davranış qaydaları praktiki şəkildə öyrədildi. Sual–cavab rubrikası İzləyicilərin sosial şəbəkələrdə verdiyi suallar həkimlər tərəfindən cavablandırılır. Psixoloji maarifləndirmə videoları Klinikanın psixoloqu panik atak, imtahan stresi və intihar riskinin xəbərdarlıq əlamətləri kimi mövzularda videolar hazırlayıb.
Ödənişsiz müayinə günləri
Ortopedik müayinə günü Orces ortopedik mərkəzi ilə birgə ayaq analizi cihazı vasitəsilə uşaq və böyüklərdə yastıpəncəlik, əyri pəncəlik, skolioz, kifoz, döş qəfəsinin deformasiyaları və duruş pozuntularının müayinəsi. Şəkərli diabet üzrə müayinə günü Səyyar tibbi heyətin iştirakı ilə Şəki və ətraf rayonların sakinləri üçün ödənişsiz müayinə.
Qonaq həkim səfərləri
Liv Bona Dea Hospital-ın həkimləri Şəkidə Bakının Liv Bona Dea Hospital-ının həkim-mütəxəssisləri Alyans Clinic-də qəbul keçirib. Neyrocərrah, ürək-damar cərrahı, uroloq, onkoginekoloq, oftalmoloq və digər mütəxəssislərin müntəzəm qəbul günləri.
Tərəfdaşlıqlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Tərəfdaş” platforması — pensiya və sosial ödəniş alanlar üçün 5% endirim. Könüllü tibbi sığorta üzrə sığorta şirkətləri ilə əməkdaşlıq.