Sual-cavabAlyans Clinic
Endokrinoloq Şəki — diabet, tiroid | Alyans Clinic
Hansı əlamətlər endokrinoloq müayinəsi tələb edir?
susuzluq, tez-tez sidiyə getmə, ağızda quruluq səbəbsiz çəki artımı və ya itkisi halsızlıq, yuxululuq, əhval dəyişkənliyi boyunda şişkinlik, udqunma zamanı narahatlıq ürəkdöyünmə, əllərdə titrəmə, tərləmə dirsəklərdə, boyunda dərinin tündləşməsi — bu, insulin rezistentliyinin əlaməti ola bilər uşaqlarda boy inkişafının geri qalması.
Hansı xəstəliklər müayinə və müalicə olunur?
şəkərli diabet və insulin rezistentliyi qalxanabənzər vəzin xəstəlikləri (zob, düyünlər, funksiya pozuntuları) hipofiz-hipotalamus sisteminin xəstəlikləri (məsələn, şəkərsiz diabet, akromeqaliya) uşaqlarda boy inkişafının geriləməsi
Tez-tez verilən suallar
Şəkər analizini acqarına verməliyəm? Qlükoza analizi üçün səhər 8–12 saat acqarına gəlmək lazımdır. HbA1c isə son 2–3 ayın orta qan şəkərini göstərir və acqarına verilməsi şərt deyil — hansı analizin lazım olduğunu həkim deyəcək. Qalxanabənzər vəzin USM-i və hormon analizi eyni gündə olar? Bəli. USM və analizlər eyni binada aparıldığı üçün həkimin təyin etdiyi müayinələri bir gəlişdə etmək mümkündür.
Mövzu ilə bağlı məqalələr
Endokrinologiya 2 dəq oxu Dirsəklərdə və boyunda qaralma: insulin rezistentliyinin siqnalı ola bilərmi? Boyunda, qoltuqaltında, dirsəklərdə məxməri tündləşmə insulin rezistentliyi ilə əlaqəli ola bilər. Hansı analizlər lazımdır və nə etməli. Oxuyun