Sual-cavabAlyans Clinic
Ginekoloq Şəki — kolposkopiya, USM | Alyans Clinic
Hansı hallarda ginekoloqa müraciət etmək lazımdır?
menstrual dövrün nizamsızlığı, ağrılı və ya çox qanlı aybaşı aybaşılar arasında və ya cinsi əlaqədən sonra qanaxma qarnın aşağı hissəsində ağrı hamiləlik şübhəsi, hamiləliyin planlaşdırılması və izlənməsi bir il ərzində hamilə qala bilməmək kontrasepsiya ilə bağlı məsləhət
Ginekologiya şöbəsində nələr aparılır?
ginekoloji müayinə və konsultasiya; ginekoloji və hamiləlik USM-i; hamiləliyin izlənməsi, riskli hamiləliyin aparılması; kolposkopiya uşaqlıq boynunun xüsusi optik cihazla böyüdülərək müayinəsi; PAP-test və HPV analizi; genital infeksiyaların diaqnostikası və müalicəsi; menstrual pozuntuların, hormonal pozuntuların, polikistoz yumurtalıq sindromunun (PKOS) araşdırılması; uşaqlıqdaxili spiralın qoyulması və çıxarılması; uşaqlıq boynu eroziyasının, ziyil və kondilomaların müalicəsi (onkoginekoloqun qəbulunda); HPV peyvəndi (onkoginekoloqun qəbulunda).
Kolposkopiya nə üçün lazımdır?
Kolposkopiya uşaqlıq boynu xərçənginin və xərçəngönü dəyişikliklərin erkən aşkarlanması üçün istifadə olunan müayinədir. Həkim uşaqlıq boynunu böyüdülmüş şəkildə görür və lazım olduqda biopsiya götürür. Müayinənin hansı intervalla lazım olduğunu ginekoloq yaşınıza və əvvəlki nəticələrinizə görə müəyyən edir.
Tez-tez verilən suallar
Kolposkopiya adi ginekoloji müayinəyə bənzəyir və adətən ağrı yaratmır. Biopsiya götürülərsə, qısa müddətli narahatlıq ola bilər. Ginekoloji müayinəyə aybaşı günlərində gəlmək olar? Əksər planlı müayinələr, xüsusilə PAP-test və kolposkopiya üçün aybaşı qanaxması olmayan günlər seçilir. Qeydiyyat zamanı dövrünüzü bildirin — uyğun günü birlikdə seçək. HPV peyvəndi kimlərə vurulur? HPV peyvəndi ən çox 9–14 yaşda tövsiyə olunur, lakin həkim məsləhəti ilə daha böyük yaşda da vurula bilər. Peyvəndin sizə uyğun olub-olmadığını onkoginekoloq müayinədən sonra deyir.
Mövzu ilə bağlı məqalələr
Ginekologiya 2 dəq oxu HPV və uşaqlıq boynunun qorunması: PAP-test, kolposkopiya, peyvənd Uşaqlıq boynu xərçənginin qarşısını almağın yolları: HPV testi, PAP-test, kolposkopiya və HPV peyvəndi. Kimlərə və nə vaxt lazımdır. Oxuyun