Sual-cavabAlyans Clinic

Revmatoloq Şəki — oynaq ağrıları | Alyans Clinic

Bu mətn klinikanın OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: alyansclinic.az/sobeler/revmatologiya/

Hansı əlamətlər revmatoloq müayinəsi tələb edir?

əllərdə, dizlərdə, dirsəklərdə şişkinlik, qızartı və ağrı səhərlər oynaqlarda sərtlik (tutulma) çiyin, bel və çanaq oynaqlarında hərəkət məhdudluğu oynaq ağrıları ilə birlikdə dəridə səpgi, qızdırma, halsızlıq.

Hansı xəstəliklər müayinə və müalicə olunur?

revmatoid artrit, psoriatik artrit, reaktiv artrit infeksion və virus mənşəli artritlər ankilozlaşan spondiloartrit (Bexterev xəstəliyi) və digər seroneqativ artritlər sistem qırmızı qurdeşənəyi (lupus), sistem sklerodermiya, antifosfolipid sindromu ailəvi Aralıq dənizi qızdırması (FMF)

Klinikada hansı müayinələr aparılır?

Revmatoloji analizlər (məsələn, revmatoid faktor, C-reaktiv zülal), qanın ümumi analizi, oynaqların rentgeni, USM və MRT.

Tez-tez verilən suallar

Oynaq ağrısı ilə revmatoloqa, yoxsa travmatoloqa getməliyəm? Travmadan sonra yaranan ağrı, sınıq və ya çıxıq şübhəsi travmatoloqun işidir. Səbəbsiz başlayan, bir neçə oynağı tutan, şişkinlik və səhər sərtliyi ilə müşayiət olunan ağrılar isə revmatoloji müayinə tələb edə bilər. Əmin deyilsinizsə, qeydiyyat şöbəsi sizi yönləndirəcək.