MəqaləAlyans Clinic
Xəstələr üçün: qəbul qaydası və hazırlıq | Alyans Clinic
Qəbula necə yazılmaq olar?
Telefon və WhatsApp klinikaya zəng edin və ya WhatsApp-da yazın. Onlayn forma saytdakı “Qəbula yazılın” formasını doldurun. Düyməyə basdıqda WhatsApp açılır və qeydiyyat mesajı hazır olur; mesajı göndərdikdən sonra qeydiyyat şöbəsi qəbul vaxtını təsdiqləyir. Qonaq həkimlər qəbul günləri sosial şəbəkə səhifələrimizdə elan olunur. Yerlər məhdud olduğundan qeydiyyatı əvvəlcədən edin.
Qəbula özünüzlə nə gətirməlisiniz?
şəxsiyyət vəsiqəsi (uşaqlar üçün doğum haqqında şəhadətnamə); əvvəlki analiz, USM, rentgen, MRT nəticələri və çıxarışlar; qəbul etdiyiniz dərmanların siyahısı.
Qəbul necə keçir?
Qeydiyyat məlumatlarınız qeydə alınır və uyğun həkimə yönləndirilirsiniz. Həkim müayinəsi həkim şikayətlərinizi dinləyir və ilkin qiymətləndirmə aparır. Diaqnostika lazım olarsa müayinələr klinikanın özündə aparılır. Müalicə planı həkim diaqnoza əsasən müalicə planını izah edir. Nəzarət və məsləhət müalicədən sonra vəziyyətiniz izlənilir.
Müayinələrə hazırlıq — qısa cədvəl
Qan analizləri (qlükoza, lipidlər və s.) Səhər acqarına, 8–12 saat yemək yemədən; su içmək olar Adətən 6–8 saat ac; bir gün əvvəl qaz əmələ gətirən qidalardan çəkinin Ginekoloji USM (qarın üzərindən) Sidik kisəsi dolu olmalıdır Bütün metal əşyaları çıxarın; implant, kardiostimulyator, hamiləlik barədə bildirin Hamiləlik ehtimalını bildirin; çəkiliş nahiyəsindəki metal əşyaları çıxarın Saç təmiz, jelsiz və yağsız; dərmanları özbaşına dayandırmayın; ac gəlməyin Dəriyə krem çəkməyin; qan durulaşdıran dərmanları bildirin; əllər isti olsun Cihazı islatmayın; gündəlik tutun; müddət bitdikdə cihazı qaytarın Ən azı 6–8 saat ac; sedasiya olarsa yaxınınızla gəlin 1–2 gün lifsiz pəhriz, bir gün əvvəl şəffaf mayelər, təmizləyici məhlul təlimata uyğun 2–4 həftə əvvəl ağda və cımbızdan imtina; prosedur günü tüklər ülgüclə qısaldılır
Klinikanın daxili qaydaları
Müalicə mühitinin hər kəs üçün sakit və təhlükəsiz olması üçün xahiş edirik: növbə qaydalarına və şəxsi gigiyenaya əməl edin; yaşlılara, hamilə qadınlara və fiziki məhdudiyyəti olan şəxslərə üstünlük verin; tibb heyətinin göstərişlərinə əməl edin, sakitliyi qoruyun. siqaret çəkmək və qida qəbul etmək olmaz; uşaqları nəzarətsiz qoymaq və yüksək səslə danışmaq olmaz; digər xəstələrin və həkimlərin işinə mane olan hərəkətlər yolverilməzdir.
Məxfilik
Müayinənin nəticələri və müraciətinizin səbəbi yalnız sizinlə və müalicədə iştirak edən həkimlə bölüşülür.