Xəstəlik haqqındaAytən Abdullayeva · 07.10.2026
CİN — servikal intraepitelial neoplaziya
CİN (cervical intraepithelial neoplasia) uşaqlıq boynunun səth (epitel) qatında yaranan xərçəngönü hüceyrə dəyişikliyidir. İnvaziv xərçəng deyil, lakin ağır dərəcələri vaxtında müalicə olunmazsa, illər sonra xərçəngə çevrilə bilər. Əsas səbəb yüksək riskli HPV-nin, xüsusilə 16 və 18-ci tiplərin uzunmüddətli infeksiyasıdır. Bu səhifələrdə hər bir vəziyyət haqqında ümumi tibbi məlumat verilir. “Dr. Abdullayevanın bu mövzuda fəaliyyəti” blokunda isə yalnız həkimin özünün təsdiqlədiyi müayinə və müalicə işləri göstərilir. Məlumat həkim müayinəsini əvəz etmir.
Dərəcələr
CİN 1 — yüngül displaziya (çox vaxt öz-özünə geriləyir, izlənir); CİN 2 — orta displaziya; CİN 3 — ağır displaziya (CİN 2–3 adətən müalicə tələb edir). Həkimin sözləri ilə: “Displaziya xərçəng deyil. Lakin... xərçəngönü xəstəlikdir.”
Risk amilləri
Yüksək riskli HPV-nin davamlı olması, siqaret, zəif immunitet, digər cinsi infeksiyalar, müntəzəm skrininqin olmaması.
Diaqnostika
PAP-test və HPV testi → kolposkopiya → hədəfli biopsiya. Biopsiyanın histoloji nəticəsi diaqnozu təsdiqləyən “qızıl standart”dır.
Müalicə prinsipləri
CİN 1-də çox vaxt izləmə; CİN 2–3-də dəyişmiş sahənin çıxarılması (LEEP, konizasiya) və ya bəzi hallarda məhv edilməsi (lazer, krioterapiya). Müalicədən sonra mütəmadi nəzarət vacibdir. CİN 1–3 hallarının diaqnostikası (kolposkopiya, biopsiya) və müalicəsi (LEEP, lazer) həkimin qəbulunda aparılır. CİN müalicəsi Son yenilənmə: 7 oktyabr 2026 · Məlumat maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Redaksiya siyasəti