XidmətAytən Abdullayeva · 07.10.2026
Xarici genital orqanların (vulvanın) patologiyası
Vulvada qaşınma, yanma, ləkə və törəmələr infeksiyalardan, dəri xəstəliklərindən (məsələn, lixen sklerozus), HPV ilə əlaqəli ziyillərdən və ya nadir hallarda xərçəngönü dəyişikliklərdən irəli gələ bilər. Dəqiq diaqnoz vulvoskopiya və lazım olduqda hədəfli biopsiya ilə qoyulur; müalicə səbəbə görə seçilir.
Hansı vəziyyətlər bura aiddir?
Genital ziyillər (kondilomalar) Kondilomaların müalicəsi Uzun sürən qaşınma və yanma — göbələk və digər infeksiyalar, qıcıqlanma, allergik reaksiyalar, dəri xəstəlikləri. Lixen sklerozus — vulva dərisinin ağarması, nazikləşməsi və qaşınması ilə özünü göstərən xroniki dəri xəstəliyi; müntəzəm həkim nəzarəti tələb edir. HPV ilə əlaqəli xərçəngönü dəyişikliklər (VIN) — uşaqlıq boynunda CİN olan qadınlarda vulva da yoxlanılmalıdır. Bartolin vəzinin iltihabı və kistası — vagina girişinin yanında ağrılı və ya ağrısız şişkinlik; vəziyyətdən asılı olaraq dərman və ya cərrahi müalicə. Xoşxassəli variantlar — vestibulyar papillomatoz, angiokeratoma, Naboth kistaları (uşaqlıq boynunda) kimi zərərsiz törəmələr ziyillə qarışdırıla bilər. Vulvanın xoşxassəli dəyişiklikləri
Vulvadakı dəyişikliklər vulvoskopiya ilə qiymətləndirilir, lazım olduqda Kollins sınağı qoyulur və hədəfli biopsiya götürülür. Genital ziyillər əsasən lazerlə kənarlaşdırılır. Həkim Səhiyyə TV-nin “Sağlam səhhət” verilişində “Xarici cinsiyyət üzvündə olan qaşınmaların səbəbləri nələrdir?” sualını da cavablandırıb.
Tez-tez verilən suallar
Vulvada qaşınma nə vaxt həkimə müraciət tələb edir? Qaşınma bir neçə gündən çox davam edirsə, təkrarlanırsa, ləkə, ağarma, yara və ya törəmə ilə müşayiət olunursa. Xeyr, yoluxucu deyil; lakin xroniki gedişli olduğu üçün müalicə və müntəzəm nəzarət tələb edir. Son yenilənmə: 7 oktyabr 2026 · Məlumat maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Redaksiya siyasəti