BölməBeyrək Abbaszadə · 28.09.2026
Klinik hallar: ürək əməliyyatları | Dr. Beyrək Abbaszadə
Kəskin ön divar infarktı: təcili dörd şuntlu bypass
ön divar infarktı, ciddi təngnəfəslik, boğulma hissi, arterial təzyiq 80/40 mm c.st., huş yarıyuxulu vəziyyətdə. təcili koronar angioqrafiya — üç damar tam tutulub, sol ana koronar arteriyada 99% darlıq; karotid arteriyalarda 85% və 90% darlıq; kreatinin 1,95 mq/dl; troponin >25 ng/ml; atım fraksiyası 30%. yüksək risklə dörd şuntlu aorta-koronar şuntlama. 7-ci gün evə yazılıb. Kombinə əməliyyat 02
Üç qapaq, koronar darlıqlar və qalxan aorta: bir seansda beş müdaxilə
ciddi təngnəfəslik, sinədə ağrı. aorta, mitral və triküspid qapaqlarda ciddi çatışmazlıq; angioqrafiyada koronar arteriyalarda ciddi darlıqlar; kontrastlı KT-də qalxan aortanın 5,5 sm-ə qədər genişlənməsi. iki şunt; ağır kalsifikasiya səbəbindən təmirə yararsız aorta və mitral qapağın protezlə əvəzlənməsi; triküspid qapağın təmiri; qalxan aortanın süni damar protezi ilə əvəzlənməsi. 5-ci gün evə yazılıb; bir həftəlik kontrolda göstəricilər normal olub. Kombinə əməliyyat 03
Bypass, qapaq və qulaqcıqların fibrilasiyası
təngnəfəslik, ürəkdöyünmə, sinədə ağrı. koronar arteriyalarda ciddi darlıqlar, mitral və triküspid qapaqda ciddi çatışmazlıq, qulaqcıqların fibrilasiyası. eyni seansda iki şunt, mitral qapağın protezlə əvəzlənməsi, triküspid qapağın təmiri, sol qulaqcıq çıxıntısının bağlanması. 4–5 gün sonra evə yazılıb. İnfarktdan sonra 04
İnfarktdan sonra sol mədəcik anevrizması və laxta
1989-cu il təvəllüdlü xəstə; sinədə göynəmə xarakterli ağrı, təngnəfəslik, boğulma, ayaqlarda şişkinlik; anamnezdə trombemboliya səbəbindən sağ ayağın amputasiyası. EKQ, exokardioqrafiya, kardiak MRT, koronar angioqrafiya — atım fraksiyası 18–20%, sol mədəciyin zirvə anevrizması, mədəcik boşluğunun təxminən üçdə ikisini tutan orqanizə olunmuş laxta, çoxdamarlı koronar xəstəlik. anevrizmektomiya, trombektomiya, üç şuntlu tam arterial revaskulyarizasiya. 2 günlük reanimasiya, 6 günlük stasionar müşahidə; kardioloq nəzarətində evə yazılıb. Multidissiplinar 05
Ürək və böyrək əməliyyatı eyni seansda
63 yaş; fiziki yükdə və sakitlikdə sinədə göynəmə xarakterli ağrı, təngnəfəslik. sol ana koronar arteriyada 80–85% darlıq, çoxdamarlı koronar xəstəlik, atım fraksiyası 45%; hazırlıq zamanı sidikdə qan və sağ böyrəkdə törəmə; torakoabdominal KT angioqrafiyada böyrək ləyəninin karsinoması, böyrək venasında və aşağı boş venanın bir hissəsində tromb. nefroloq, onkoloq və uroloqun rəyi ilə eyni seansda dörd şuntlu bypass, sonra uroloji komanda ilə birlikdə sağ nefrektomiya və aşağı boş vena trombektomiyası. 2 günlük reanimasiya, 6 günlük stasionar müşahidə; kardioloq və nefroloq nəzarətində evə yazılıb. Aorta 06
Qarın aortası anevrizması
67 yaş; qarında kəskin ağrı və şişkinlik. KT — aortanın böyrək arteriyalarından aşağı hissəsində 12,8 sm uzunluğunda, diametri 65 mm-ə çatan iyşəkilli anevrizma, divarında qalınlığı 35 mm-ə çatan laxta. iki həftə sonrakı kontrolda göstəricilər normal olub. Anadangəlmə qüsur 07
Yetkin yaşda ASD
32 yaş; təngnəfəslik. aşağı sinus venosus tipli ASD, ağciyər venalarının qismən anomal qayıdışı; sağ ürək boşluqları genişlənmiş, sağ mədəcikdə və ağciyər arteriyasında təzyiq yüksək. ağciyər venalarının sol qulaqcığa yönəldilməsi, defektin xəstənin öz perikardından hazırlanmış yamaqla bağlanması. 5 gün sonra stabil vəziyyətdə evə yazılıb. Koronar bypass 08
Gənc yaşda koronar xəstəlik
38 yaş qeyri-stabil stenokardiya; əvvəllər keçirilmiş infarkt, atım fraksiyası 30%, yüksək təzyiq, şəkərli diabet, piylənmə. Tam arterial revaskulyarizasiya ilə bypass aparılıb, xəstə evə yazılıb. 37 yaş sinədə ağrı, göynəmə, təngnəfəslik; koronar angioqrafiyada ciddi darlıqlar. Dörd şuntlu bypass aparılıb; bir aylıq kontrolda göstəricilər normal olub. Koronar bypass 09
Yaşlı xəstələrdə bypass
82 yaşlı xəstəyə üç şuntlu, 80 yaşlı xəstəyə dörd şuntlu aorta-koronar şuntlama aparılıb. Hər iki xəstə evə yazılıb. Koronar bypass 10
Zəif ürək funksiyası, diabet və hipertoniya
Tərtər rayonundan olan xəstədə atım fraksiyası 35%, şəkərli diabet və ciddi hipertoniya fonunda üç şuntlu bypass aparılıb. Bir ay sonrakı kontrol müayinəsində göstəricilər normal olub. Regionda 11
Regionda icbari tibbi sığorta ilə bypass
Şirvanda işlədiyi dövrdə Dr. Beyrək Abbaszadə icbari tibbi sığorta çərçivəsində aorta-koronar şuntlama əməliyyatları aparıb. Onun orada sığorta ilə əməliyyat etdiyi ilk xəstə göstəriciləri normal olaraq evə yazılıb. Hər xəstənin vəziyyəti fərdidir; bu nümunələr başqa xəstələr üçün eyni nəticəyə zəmanət vermir və həkim müayinəsini əvəz etmir.