MəqaləDilarə Həsənova · 08.10.2026

Proktoloji diaqnostika Bakı | Dr. Dilarə Həsənova

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: gutmind.az/diaqnostika/

Dr. Həsənovanın özünün apardığı müayinələr

Proktoloji müayinə Nədir? Anusun baxışı və rektal barmaq müayinəsi Nə vaxt lazımdır? Hər proktoloji şikayətdə ilk addım Anoskopiya və rektoskopiya Nədir? Anal kanal və düz bağırsağın işıqlı optik alətlə müayinəsi Nə vaxt lazımdır? Qanama, babasil, çat, polip, fistula şübhəsi Videoproktoskopiya Nədir? Eyni müayinənin videokamera ilə, görüntü monitora verilməklə aparılması Nə vaxt lazımdır? Həmin hallarda daha aydın görüntü və nəzarət üçün Fistuloqrafiya Nədir? Fistula kanalına kontrast maddə yeridilərək rentgen müayinəsi Nə vaxt lazımdır? Seçilmiş fistula hallarında Videoproktoskopiya — anal kanal və düz bağırsağın son təxminən 10–15 sm-i Kolonoskopiya — bütün yoğun bağırsaq və düz bağırsaq Bu iki müayinə bir-birini əvəz etmir, bir-birini tamamlayır.

Göstəriş olduqda həmkarlar tərəfindən aparılan müayinələr

Kolonoskopiya Yoğun bağırsağın bütün hissələri: polip, iltihab, şiş. Poliplər eyni prosedurda götürülə, biopsiya alına bilər (endoskopist aparır) MRT Anal fistulanın gedişi və sfinkterlə əlaqəsi, dərin abseslər, çanaq dibi Kompyuter tomoqrafiyası (KT) Abses, şiş, divertikulit və onların yayılması Defekoqrafiya Defekasiya zamanı düz bağırsağın və çanaq dibinin hərəkəti: rektosele, sallanma Anal manometriya Anal sfinkterin sıxılma gücü: nəcis saxlamama, qəbizlik Anorektal EMQ Əzələ və sinir funksiyası İrriqoskopiya Yoğun bağırsağın kontrast maddə ilə rentgen müayinəsi (müəyyən hallarda) Kapsul endoskopiyası Əsasən nazik bağırsaq: səbəbi tapılmayan gizli qanamalarda Laborator müayinələr Nəcisdə gizli qan testi (FİT), kalprotektin, qanın ümumi analizi, CRP və digər iltihab göstəriciləri, nəcisin bakterioloji müayinəsi, müəyyən hallarda onkomarkerlər