MəqaləƏlituran Hüseynzadə · 09.10.2026
Maqnit və düymə batareya: uşaqlar üçün evdəki gizli təhlükə
Maqnitlər niyə təhlükəlidir?
Uşaq parlaq şarikləri şirniyyat və ya noğul zənn edib udur. İki və daha çox maqnit bağırsağın ayrı-ayrı hissələrində bir-birini cəzb edir, aralarında qalan bağırsaq divarını sıxır və deşə bilər.
Batareyalar niyə daha da təhlükəlidir?
Düymə batareya ağızda və ya qida borusunda ilişib qala bilər; qısa müddətdə yerində gedən kimyəvi reaksiya toxumanı yandırır, qida borusunu deşə və yaxınlıqdakı əsas damarları zədələyə bilər.
Uşaq uddusa nə etməli?
Əlamət olmasa belə, gözləmədən ən yaxın xəstəxanaya müraciət edin. Udulan əşyanın eynisini və ya qablaşdırmasını götürün.
Necə qorunmalı?
İki-üç yaşlı uşaqlara şarikli maqnit oyuncaqlar almayın. Batareyaları və onlarla işləyən əşyaları (pult, tərəzi, oyuncaq) uşağın əli çatmayan yerdə saxlayın; batareya qapaqlarının bərk bağlandığını yoxlayın. İstifadə olunmuş batareyaları dərhal və təhlükəsiz atın.