MəqaləƏlituran Hüseynzadə · 09.10.2026
Uşağı sünnətə necə hazırlamalı — psixoloji hazırlıq və müayinə
Uşağa həqiqəti deyin
Sünnət haqqında faktlara əsaslanaraq danışın. Heç vaxt yalan danışmayın — hətta «məsum» və «kiçik» yalanlar da sünnət və ondan sonrakı dövrü daha çətin edə bilər.
Yersiz söhbətlərdən çəkinin
Sünnət haqqında uyğun mühitdə danışın; başqalarının uşağa qorxulu sözlər deməsinin qarşısını alın.
İlk gəliş — tanışlıq və müayinə
Qəbula yazılın və uşağı əvvəlcə müayinəyə gətirin: bu, həm uşağın həkimlə tanış olması, həm də anadangəlmə anomaliyanın olub-olmadığını yoxlamaq üçün vacibdir. Uşağa deyin ki, ilk gəliş müayinə üçündür və sünnətlə bağlı bütün suallarına əməliyyatı aparacaq həkim cavab verəcək.
Keyləşdirmə üsulu birlikdə seçilir
Uşaq çox qorxursa, sünnət sedasiya ilə — uşaq yatmış vəziyyətdə aparılır. Sakit və hazır uşaqlarda yerli keyləşdirmə mümkündür. Qərar müayinədən sonra valideynlə birlikdə verilir.
Analiz
Əməliyyatdan əvvəl qanın laxtalanma göstəriciləri yoxlanılır; ailədə qanaxma xəstəliyi varsa, həkimə mütləq bildirin.
Erkən yaşın üstünlüyü
Həkimin müşahidəsinə görə bir-üç aylıq dövrdə aparılan sünnətlər daha tez sağalır, şişkinlik az olur və körpə narahatlıq keçirmir — bu yaşda psixoloji hazırlığa ehtiyac da qalmır.