MəqaləƏlituran Hüseynzadə · 09.10.2026
Uşaqda qarın ağrısı: nə vaxt təcili həkimə getməli?
Qarın ağrısının təhlükəli səbəbləri
Kəskin appendisit — ağrı göbək ətrafında başlayıb sağ qasıq nahiyəsinə keçir; ürəkbulanma, qusma, hərarət. İnvaginasiya (bağırsaq keçməzliyi) — tutmaşəkilli şiddətli ağrı və qusma. Boğulmuş yırtıq — qasıq və ya göbək nahiyəsində kəskin ağrı və sərtlik. Mədə-bağırsaq infeksiyaları və parazitar xəstəliklər. Xüsusi diqqət tələb edən əlamətlər: ağrı uşağı yuxudan oyadırsa; yüksək hərarət, dayanmayan qusma varsa; qarında kəskin sərtlik varsa; ağrı getdikcə artır və şiddətlənirsə.
Ağrıkəsici vermək olarmı?
Həkimin cavabı: «Uşaqda qarın ağrısı başlayırsa, bunu ağrıkəsici verib keçib demək olmaz.» Ağrıkəsici ağrını müvəqqəti azaldıb diaqnozu gecikdirə bilər, appendisit isə qısa müddətdə ağırlaşa bilər.
Ağrı təkrarlanırsa
Ağrı tez-tez təkrar olunursa, şiddətlənirsə və yanında qusma, hərarət kimi əlamətlər varsa, vaxt itirmədən mütəxəssisə müraciət edin.