XidmətƏlituran Hüseynzadə · 09.10.2026
Polidaktiliya və sindaktiliya uşaqlarda | Dr. Əlituran Hüseynzadə
Polidaktiliya
Həkimin izahı: «Polidaktiliya uşaqlarda əl və ya ayaq barmaqlarının sayının normaldan çox olması ilə xarakterizə olunan anadangəlmə vəziyyətdir. Bu hal müxtəlif formalarda müşahidə oluna bilər və bəzi hallarda cərrahi müalicə tələb olunur. Əməliyyatın vaxtı və üsulu uşağın yaşına, əlavə barmağın quruluşuna və digər xüsusiyyətlərə əsasən müəyyən edilir.» Ümumi məlumat əlavə barmaq yalnız yumşaq toxumadan ibarət ola bilər və ya sümük, oynaq elementləri daşıya bilər; buna görə əməliyyatdan əvvəl rentgen müayinəsi təyin oluna bilər.
Sindaktiliya
İki və ya daha çox barmağın dəri ilə, bəzən sümüklə bitişik olmasıdır. Bitişmənin dərəcəsinə görə əməliyyatın vaxtı və üsulu planlanır; bəzi hallarda barmaqların ayrılması zamanı dəri örtüyünün bərpası lazım olur.
Dr. Hüseynzadənin praktikasından
Həkim polidaktiliya və sindaktiliya haqqında maarifləndirici videolar paylaşıb. «Birləşik və əlavə barmaqlar» onun bölgə qəbullarında (Gəncə, Masallı, Lənkəran) müayinə və müalicə etdiyi problemlər sırasındadır.