XidmətƏlituran Hüseynzadə · 09.10.2026
Uşaqlarda qəbizlik — nə vaxt uşaq cərrahına müraciət etməli | Dr. Hüseynzadə
«Adi qəbizlik» deyib keçmək olmayan hallar
Həkimin sözləri ilə: «Valideynlərin çox vaxt “adi qəbizlikdir” deyib keçdiyi hallar bəzən daha ciddi problemlərin göstəricisi ola bilər.» Ümumi məlumat — diqqət tələb edən əlamətlər: qəbizliyin doğuşdan və ya ilk həftələrdən başlaması; yenidoğulmuşda ilk nəcisin (mekoniumun) gec keçməsi; nəcisdə qan, defekasiya zamanı şiddətli ağrı; müntəzəm müalicəyə baxmayaraq davam edən qəbizlik.
Qəbizlik və anus nahiyəsinin problemləri
Uzunmüddətli qəbizlik anus nahiyəsində çatlara, ağrılı defekasiyaya səbəb ola bilər; ağrı isə uşağın tualetdən qaçmasına və qəbizliyin dərinləşməsinə gətirib çıxarır. Anal çat, paraproktit, anal fistul
Dr. Hüseynzadənin praktikasından
Qəbizlik həkimin müsahibəsində və bölgə qəbullarında sadaladığı problemlər sırasındadır. Həkim «uşaqlarda qəbizlik hansı hallarda sadə problem olmaqdan çıxıb cərrahi müdaxilə tələb edə bilər?» sualına maarifləndirici videoda cavab verib.