XidmətƏlituran Hüseynzadə · 09.10.2026

Yenidoğulmuşlarda cərrahi problemlər — valideynlər nəyə baxmalı | Dr. Hüseynzadə

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: sunnetmerkezi.az/xidmetler/yenidogulmus-cerrahi-problemler/

Valideyn nəyə diqqət etməlidir

Xayalar — hər iki xaya xaya torbasında olmalıdır. Enməmiş xaya (kriptorxizm) və orxiopeksiya Sidik kanalının dəliyi — penisin ucunda olmalıdır; sünnət dərisinin quruluşunda qeyri-adilik hipospadiya əlaməti ola bilər. Hipospadiya (peyğəmbər sünnəti) Penisin görünüşü — «gizli» görünən penis batıq penis ola bilər. Batıq (gömülü) penis Qasıq, xaya torbası və göbəkdə şişkinlik — yırtıq və ya hidrosel. Uşaqlarda qasıq yırtığı, Uşaqlarda göbək yırtığı, Xayada maye və kista (hidrosel, kordon kisti) İlk nəcis və qarın — ilk nəcisin gec keçməsi, qarın köpməsi, qusma təcili müayinə tələb edir. Qəbizlik: nə vaxt cərrahi qiymətləndirmə lazımdır Əmmə — körpə süd əmə bilmirsə, dil bağı səbəb ola bilər. Dil bağı (ankiloglossiya) və dodaq bağı Barmaqlar — əlavə və ya bitişik barmaqlar. Əlavə və bitişik barmaqlar (polidaktiliya, sindaktiliya) Göbək — göbəkdən axıntı. Uraxus anomaliyaları

Hamiləlikdə USM-də böyrək genişlənməsi aşkarlanıbsa — doğuşdan sonra nəzarət. Böyrək genişlənməsi (hidronefroz)

Yenidoğulmuş dövründə sünnət

Həkimin tövsiyəsinə görə sünnət üçün ən uyğun dövr iki həftə ilə iki ay arasıdır. Yenidoğulmuşda sünnətin əsas şərtləri: uşağın heç bir əlavə sağlamlıq probleminin olmaması və cinsiyyət orqanının bu prosedura uyğun olması. Anadangəlmə cərrahi patologiya varsa və ya ailədə hemofiliyalı xəstə varsa, yenidoğulmuşun birbaşa sünnət olunması tövsiyə edilmir — əvvəlcə uşaq cərrahı müayinəsi və qan analizi mütləqdir. Bədən istiliyini saxlaya bilməyən, aktiv qidalanmayan, xəstə körpələrə sünnət edilmir.

Dr. Hüseynzadənin praktikasından

Həkim yenidoğulmuşlarda ən çox rast gəlinən cərrahi patologiyalar haqqında maarifləndirici video paylaşıb. Yeddi günlükdən etibarən yenidoğulmuşlarda yerli keyləşdirmə ilə sünnət; dörd həftəlik körpədə fimoz səbəbindən sünnət.