MəqaləƏzizə Şıxvəliyeva
Əmzik (soska) lazımdırmı?
Bəzən bəli — uşaq əmmək istəyir, amma ac deyil. Amma nə vaxt vermək, nə vaxt verməmək və necə istifadə etmək vacibdir. 3 dəqiqə oxu Müəllif: həkim-pediatr Əzizə Şıxvəliyeva Bəzən bəli — uşaq əmmək istəyir, amma ac deyil. Amma düzgün istifadəsi vacibdir.
Nə vaxt vermək olar
Ana südü ilə qidalanma tam oturduqdan sonra (təxminən 3–4 həftə) Uşaq yemək istəmir, amma əmmək istəyirsə — çox vaxt uşaqlar belə sakitləşir Süni qidalanan uşaqlarda daha erkən, amma təmizliyə diqqətlə
Nə vaxt olmaz
İlk həftələrdə, südvermə hələ oturmamış Ağızda göbələk (aft, kandidoz) olduqda Qulaq infeksiyası və ya burun tutulması zamanı Gecə boyu ağızda qalarsa — diş və çənə formalaşmasına zərər verir
Necə düzgün istifadə etməli
Yaşa uyğun ölçü seçin: 0–3 ay, 3–6 ay, 6–12 ay Fizioloji (yastı) forma seçin Hər dəfə sterilizasiya edin Bal, sirop və südlə islatmayın Hər 1–2 ayda bir dəyişin
Tez-tez verilən suallar
Əmzik dişlərə zərər verirmi? Gecə boyu ağızda qalarsa, diş və çənə formalaşmasına zərər verir. Qaydalara riayət edildikdə risk azalır. Bu saytdakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır və həkim baxışını əvəz etmir. Diaqnoz və müalicə yalnız əyani müayinədən sonra təyin olunur.