MəqaləƏzizə Şıxvəliyeva
Pediatriyada ən çox rast gəlinən miflər
Ən gülməli mifdən ən zərərlisinə: qəbulda valideynlərdən eşitdiyim inanclar və onların elmi cavabı. 4 dəqiqə oxu Müəllif: həkim-pediatr Əzizə Şıxvəliyeva Qəbulda valideynlərdən çox maraqlı şeylər eşidirəm. Bəziləri zərərsizdir, bəziləri isə uşaq üçün real risk daşıyır.
Ən gülməli mif
Eşitmişəm ki, yeni doğulmuş uşağın əlinin içini yumurlar — yoxsa ruzisi qaçar.
Maraqlı mif
"D vitamini veririksə, əmgək daha tez bağlanır." Bu da düzgün deyil.
Digər geniş yayılmış inanclar
Başın arxasında saç tökülməsi raxit əlamətidir — yalançı simptomdur; körpə arxası üstə uzandığı üçün saçlar sürtünmədən seyrələ bilər Göbək yırtığına qəpik və ya plastır qoymaq lazımdır — tövsiyə olunmur Manej uşağın tez gəzməsinə kömək edir — heç bir təsir göstərmir və təhlükə yarada bilər Soyuq havanın özü xəstəliyə səbəb olur — belə deyil; əks halda hər dəfə dondurma yeyəndən sonra xəstələnərdik Uşağın dişi çıxanda hər simptom onunla bağlıdır — hər şikayəti diş çıxmasına yazmaq düzgün deyil
Tez-tez verilən suallar
Miflərin çoxu haradan gəlir? Bir hissəsi sovet dövründən qalıb, bir hissəsi isə nəsildən-nəslə keçir. Buna görə izah qəbulun ayrılmaz hissəsidir. Bu saytdakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır və həkim baxışını əvəz etmir. Diaqnoz və müalicə yalnız əyani müayinədən sonra təyin olunur.