SəhifəGünay Süleymanlı

Mədə ağrısı nə vaxt təhlükəlidir? — terapevt Günay Süleymanlı

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: uzmdrgunaysuleymanli.az/simptomlar/mede-agrisi/

Təhlükə əlamətləri

Uzun sürən və şiddətli ağrı: mədə xorası və ya onun deşilməsi kimi hallarda olur. Qanlı qusma və ya qara rəngli nəcis: mədə-bağırsaq qanaxmasının əlaməti ola bilər, təcili tibbi yardım tələb edir. İştahsızlıq və arıqlama: xroniki qastrit, H. pylori infeksiyası və bəzən mədə xərçənginin xəbərçisi ola bilər. Udma çətinliyi (disfagiya): qida borusunun daralması, Barret qida borusu və ya qida borusu xərçəngi ilə əlaqəli ola bilər. Sarılıq: qaraciyər xəstəlikləri və öd yollarının tıxanması zamanı rast gəlinir. Başgicəllənmə və ya bayılma: qanaxmaya bağlı anemiyanın və ya aşağı təzyiqin göstəricisi ola bilər.

Diqqət

Qarnın yuxarı hissəsində ağrı bəzən ürək mənşəli ola bilər (xüsusən təngnəfəslik, tərləmə, sola yayılan ağrı ilə). Belə hallarda 103-ə zəng edin.

Dr. Günay Süleymanlının bu sahədəki təsdiqlənmiş fəaliyyəti

«Mədə ağrısı nə zaman təhlükəlidir?» və reflü haqqında maarifləndirici paylaşımlar; mədəqoruyucu dərmanlar haqqında video.