XidmətLeyla Bağırova
Metabolik sindrom və öd yolları
Metabolik sindrom qaraciyər piylənməsi, qan şəkəri və lipid göstəricilərində dəyişikliklərlə birlikdə gedən vəziyyətdir. Bu bölmədə metabolik göstəricilər qaraciyər vəziyyəti ilə birlikdə qiymətləndirilir, çünki ikisi bir-birinə təsir edir. Metabolik sindrom və öd yollarının diskineziyası üzrə qiymətləndirmə, qidalanma və izləmə. Qaraciyər piylənməsi aşkarlanan, qan şəkəri və lipid göstəriciləri pozulmuş, yağlı yeməkdən sonra ağrı hiss edən şəxslər üçün. Öd durğunluğu daş əmələ gəlməsi üçün şərait yaradır; metabolik dəyişikliklər isə qaraciyər piylənməsini sürətləndirir.
Nə vaxt müraciət etməli
Sağ qabırğa altında ağrı və ya diskomfort Yeməkdən, xüsusilə yağlı yeməkdən sonra ağrının artması USM-də öd kisəsində dəyişikliklərin aşkarlanması
Müalicə yanaşması
Öd kisəsi normalda yeməkdən sonra yığılaraq ödü bağırsağa buraxır. Diskineziya zamanı bu funksiya pozulur: ya kifayət qədər güclü yığılma olmur, ya həddindən artıq və uyğunsuz yığılma baş verir, ya da boşalma prosesi düzgün getmir. Həm soyuq, həm isti mühit öd axınına təsir edə bilər: soyuqda spazm nəticəsində öd axını azala və durğunluq yarana bilər; istidə tərləmə və az su qəbulu nəticəsində susuzlaşma öd qatılaşmasına şərait yarada bilər. Qiymətləndirmə qarın boşluğunun ultrasəs müayinəsi, qaraciyər və öd yolları göstəriciləri (ALT, AST, ALP, QQT, bilirubin), qan şəkəri və lipid profili ilə aparılır.
Profilaktika
Xüsusilə isti günlərdə kifayət qədər su qəbulu Yağlı qidanın miqdarının azaldılması Uzun müddət ac qalmamaq, yemək rejimini nizamlı saxlamaq Bu səhifə ümumi məlumat xarakteri daşıyır və diaqnoz vasitəsi deyil. Fərdi vəziyyətiniz yalnız həkim müayinəsində qiymətləndirilə bilər.