MəqaləParasitus Medical Center · 12.10.2026

Antibiotiki yarıda kəsmək olarmı? Müalicə qaydaları

Bu mətn klinikanın OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: parasitus.az/bloq/antibiotik-mualicesi/

Antibiotiklər həkim təyinatına uyğun dozada və müddətdə qəbul olunmalıdır. Dozanı özbaşına azaltmaq və ya dərmanı yarıda kəsmək düzgün deyil. Niyə antibiotiki yarıda kəsmək olmaz. Müalicə yarımçıq qalanda bakteriyalar tam məhv olmur, sağ qalanlar isə dərmana qarşı davamlılıq (rezistentlik) qazana bilər. Bu, həm xəstənin özü, həm də cəmiyyət üçün antibiotiklərə davamlılıq probleminə yol açır. Uşaqlarda antibiotik. Temperatur qalxan kimi özbaşına antibiotikə başlamaq ciddi səhvdir. Qızdırma çox zaman orqanizmin infeksiyaya cavab reaksiyasıdır. Virus infeksiyalarında antibiotik təsir etmir, lazımsız istifadəsi isə bağırsaq florasına zərər verir. Səbəbi qiymətləndirmək üçün müşahidə, pediatr müayinəsi və lazım olduqda ümumi qan analizi, leykoformula və CRP vacibdir. Uşaqda qızdırma

Antibiotik təyin edilərkən nələr nəzərə alınır. Xəstənin yaşı və çəkisi, yanaşı xəstəliklər, allergik anamnez, ümumi qan analizinin göstəriciləri, qaraciyər və böyrək funksional testləri. Bu testlərə ona görə baxılır ki, bəzi antibiotiklər böyrəklərdə, bəziləri isə qaraciyərdə dəyişikliyə səbəb ola bilər. Ramazan ayında antibiotik. Oruc tutanlar dərmanın qəbul saatlarını iftar və sahur vaxtlarına uyğunlaşdıra bilərlər. Amma uzun aclıqdan dərhal sonra antibiotik qəbulu mədə-bağırsaq şikayətlərinə səbəb ola bilər. Saatları və dozanı həkimlə razılaşdırın. Müəllif: Parasitus Medical Center

Mövzuya aid videolar

Nə üçün aptekdən reseptsiz dərman almamalıyıq? 01.11.2023 32 san Hansı hallarda aptekdən reseptsiz dərman ala bilərik? 02.11.2023 2 dəq 10 san

Linza istifadəsi və göz infeksiyaları

Kontakt linzalardan düzgün istifadə edilmədikdə göz bakterial, göbələk və parazitar infeksiyalara yoluxa bilər. Bu infeksiyalar görmənin… Məqaləni oxuyun

Xroniki yorğunluq: nə vaxt səbəbini araşdırmaq lazımdır

İstirahətə baxmayaraq daim yorğun olmaq və sosial həyatdan uzaqlaşmaq 6 aydan çox davam edirsə, xroniki yorğunluq sindromundan danışmaq olar. Məqaləni oxuyun

Ürəkbulanma, halsızlıq və tez yorulma: səbəbi necə tapılır?

Uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən bəzi şikayətlər çox vaxt başqa xəstəliklərlə səhv salınır: Məqaləni oxuyun