MəqaləParasitus Medical Center · 12.10.2026
Çiy və az bişmiş ətlə keçən parazitlər və qorunma yolları
Az bişmiş və ya çiy ət yeyəndə insana keçə bilən və xəstəlik törədən əsas parazitlər bunlardır: Taenia saginata (öküz soliteri) — mal əti ilə keçir. Teniarinxoz Taenia solium (donuz soliteri) — donuz əti ilə keçir. Onun yumurtaları insanda sistiserkoz adlı daha ağır xəstəliyə səbəb ola bilər. Trichinella spiralis — donuz və vəhşi heyvan əti ilə keçir. Trixinelloz Toxoplasma gondii — az bişmiş ətlə də keçə bilər. Toksoplazmoz
Necə qorunmaq olar:
Əti yüksək temperaturda, kifayət qədər uzun müddət bişirin. ABŞ-ın qida təhlükəsizliyi tövsiyəsinə görə bütöv ət parçası içəridə ən azı 63°C-yə qədər bişirilib 3 dəqiqə saxlanmalı, qiymə isə 71°C-yə qədər bişirilməlidir. Çiy əti doğramaq və xırdalamaq üçün istifadə olunan bıçaqları və taxtaları yaxşı yuyun və onları digər qidaları doğramaq üçün istifadə etməyin. Çiy ətlə işlədikdən sonra əllərinizi yuyun. Müəllif: Parasitus Medical Center
Ən çox rast gəlinən 3 bağırsaq paraziti: qıl qurdu, askarid və lyambliya
Bağırsaq parazitləri düşündüyünüzdən daha geniş yayılıb və çox vaxt gizli əlamətlərlə özünü göstərir. Baş həkim Dr. Xatirə Aslanovanın klinik… Məqaləni oxuyun
Qurd xəstəliklərinin əlamətləri
Qarında qurdlar xüsusilə uşaqlarda tez-tez rast gəlinən problemdir və vaxtında diqqət yetirilmədikdə ciddi narahatlıq yaradır. Məqaləni oxuyun