MəqaləParasitus Medical Center · 12.10.2026

Ən çox rast gəlinən 3 bağırsaq paraziti — Parasitus

Bu mətn klinikanın OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: parasitus.az/bloq/en-cox-rast-gelinen-3-bagirsaq-paraziti/

Bağırsaq parazitləri düşündüyünüzdən daha geniş yayılıb və çox vaxt gizli əlamətlərlə özünü göstərir. Baş həkim Dr. Xatirə Aslanovanın klinik təcrübəsində ən çox rast gəlinən üç parazit bunlardır. 1. Enterobioz (qıl qurdu). Xalq arasında «natəmiz əl xəstəliyi» də adlanır, xüsusilə uşaqlarda yayılıb. Şəxsi gigiyena qaydaları pozulanda yoluxur. Əlamətləri: anal nahiyədə qaşınma (xüsusilə gecələr), yuxusuzluq və narahatlıq, qarın ağrıları, ürəkbulanma, ağızdan su axması. Diaqnoz perianal lent testi ilə qoyulur, test 3 dəfə təkrarlanır. Müalicə bütün ailə üzvlərini əhatə etməli, yataq dəstləri isti suda yuyulmalıdır. Enterobioz

2. Askarid. Torpaq vasitəsilə yoluxur və hər yaşda rast gəlinir. Nazik bağırsaqda yaşayır, sürfələri isə ağciyərdən və digər orqanlardan keçə bilir. Əlamətləri: qarın ağrısı, ürəkbulanma və qusma, ishal, halsızlıq, baş ağrısı, qastritə bənzər şikayətlər, uşaqlarda boy və çəki geriliyi. Ən təhlükəli ağırlaşma bağırsaq mənfəzinin tutulmasıdır. Askaridoz 3. Lyamblioz. Lyambliya gözlə görünməyən, mikroskopik birhüceyrəli parazitdir. Nazik bağırsağın yuxarı hissələrində məskunlaşır. Əlamətləri: pis iyli, sulu, yağlı ishal, qarın ağrısı və köp, ürəkbulanma və iştahsızlıq, yorğunluq, allergik dəri reaksiyaları; uşaqlarda susuzlaşma və inkişaf geriliyi riski; bəzi insanlarda laktoza dözümsüzlüyü. Müalicə olunmasa, xroniki formaya keçə bilər. Lyamblioz

Bu parazitlər qarın ağrısı, ürəkbulanma, halsızlıq, dəri problemləri və qansızlıq kimi əlamətlərlə özünü göstərə bilər. Amma eyni əlamətlər başqa xəstəliklərdə də olur. Dəqiq diaqnoz və müalicə üçün həkim infeksionist-parazitoloqa müraciət edin. Müəllif: Parasitus Medical Center

Mövzuya aid videolar

Mədə bulantısı, baş ağrısı və halsızlığın gizli səbəbi: parazitlər 01.06.2026 1 dəq 33 san Mədə bulantısı və qarın ağrısının gizli səbəbi: bağırsaq qurdları və parazitlər 01.06.2026 1 dəq 28 san

Qurd xəstəliklərinin əlamətləri

Qarında qurdlar xüsusilə uşaqlarda tez-tez rast gəlinən problemdir və vaxtında diqqət yetirilmədikdə ciddi narahatlıq yaradır. Məqaləni oxuyun

Çiy və az bişmiş ətlə hansı parazitlər keçir?

Az bişmiş və ya çiy ət yeyəndə insana keçə bilən və xəstəlik törədən əsas parazitlər bunlardır: Məqaləni oxuyun