MəqaləParasitus Medical Center · 12.10.2026

Kontakt linza və göz infeksiyaları: istifadə qaydaları

Bu mətn klinikanın OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: parasitus.az/bloq/linza-ve-goz-infeksiyalari/

Kontakt linzalardan düzgün istifadə edilmədikdə göz bakterial, göbələk və parazitar infeksiyalara yoluxa bilər. Bu infeksiyalar görmənin itirilməsinə, hətta korluğa səbəb ola bilər. Əlamətlər: ağrı və sancma, gözün yaşarması və qızarması, işığa həssaslıq, göz qapaqlarının şişməsi, axıntı. Bu əlamətlər olarsa, linzanı çıxarın və gecikmədən göz həkiminə müraciət edin.

Düzgün istifadə qaydaları

Linza ilə yatmayın, əgər göz həkimi başqa cür məsləhət görməyibsə. ABŞ CDC-yə görə linza ilə yatmaq göz infeksiyası riskini 6–8 dəfə artırır. Linzanı taxmazdan əvvəl əllərinizi sabun və su ilə yuyub qurulayın. Linzanı su ilə yumayın və suda saxlamayın, yalnız xüsusi məhluldan istifadə edin. Qabda köhnə və təzə məhlulu qarışdırmayın. Məhlulu həkim məsləhəti olmadan dəyişməyin. Linza qabını ən azı 3 ayda bir dəyişin. Linzaların özünü isə göz həkiminin və ya istehsalçının göstərdiyi müddətdə dəyişin. Üzgüçülükdən və duşdan əvvəl linzanı çıxarın. Göz həkiminə müntəzəm baş çəkin. Makiyaj vasitələrinin linzaya düşməsindən qorunun. Hər linza yalnız bir nəfər tərəfindən istifadə olunur. Müəllif: Parasitus Medical Center

Mövzuya aid videolar

Yanlış linza istifadəsi korluğa səbəb ola bilər 02.11.2023 10 san

Antibiotik müalicəsi: səhv etməyin

Antibiotiklər həkim təyinatına uyğun dozada və müddətdə qəbul olunmalıdır. Dozanı özbaşına azaltmaq və ya dərmanı yarıda kəsmək düzgün deyil. Məqaləni oxuyun

Xroniki yorğunluq: nə vaxt səbəbini araşdırmaq lazımdır

İstirahətə baxmayaraq daim yorğun olmaq və sosial həyatdan uzaqlaşmaq 6 aydan çox davam edirsə, xroniki yorğunluq sindromundan danışmaq olar. Məqaləni oxuyun

Ürəkbulanma, halsızlıq və tez yorulma: səbəbi necə tapılır?

Uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən bəzi şikayətlər çox vaxt başqa xəstəliklərlə səhv salınır: Məqaləni oxuyun