MəqaləParasitus Medical Center · 12.10.2026
Uşaqda qızdırma: nə vaxt həkimə getməli?
Hörmətli valideynlər, uşağın hərarəti qalxan kimi antibiotikə müraciət etməyin. Baş həkim Dr. Xatirə Aslanova cəmiyyətdə ən çox rast gəlinən və uşağın sağlamlığı üçün təhlükəli vərdişlərdən birini, özbaşına antibiotik istifadəsini xatırladır. Hazırda uşaqlar arasında hansı infeksiyalar yayılır. Suçiçəyi, rotavirus, adenovirus və yuxarı tənəffüs yollarının digər virus infeksiyaları. Valideynlər çox vaxt 1 günlük qızdırma zamanı belə narahat olub dərhal antibiotik axtarırlar. Amma qızdırma orqanizmin immun cavabıdır: orqanizm mikroorqanizmlərlə bu yolla mübarizə aparır. Virus infeksiyalarında antibiotik təsir etmir. Hərarətsalıcı dərman nə vaxt verilir. Yüngül qızdırmanı mütləq salmaq lazım deyil. Hərarətsalıcı əsasən uşağın vəziyyəti pisləşəndə (narahatlıq, ağrı, halsızlıq) verilir. Dərmanın növünü, dozasını və nə vaxt verilməsini həkimlə razılaşdırın.
Nə vaxt həkimə getməli:
Qızdırma 2–3 gündən çox davam edirsə, özbaşına müalicəni dayandırıb həkimə müraciət edin. Bu zaman ümumi qan analizi, leykoformula və CRP yoxlanıla bilər, orqanizmdə hansı prosesin getdiyi aydınlaşdırılır. Aşağıdakı hallarda gözləməyin, dərhal həkimə müraciət edin və ya 103 -ə zəng edin: 3 aylığa qədər körpədə 38°C və daha yüksək qızdırma; uşağın çox halsız olması, çətin oyanması; susuzlaşma əlamətləri (sidiyin azalması, ağız quruluğu). Sağlamlığınızı və övladlarınızı riskə atmayın. Müalicəyə mütəxəssis rəyindən sonra başlayın. Müəllif: Parasitus Medical Center
Mövzuya aid videolar
Uşaqlarda qızdırma, rotavirus və adenovirus infeksiyaları 01.06.2026 1 dəq 22 san
Uşaqlarda diş qıcama və ağızdan su gəlməsi: parazit əlamətidirmi?
Qurd (parazit) problemi ilə bağlı valideynlərin ən çox danışdığı əlamətlərdən biri diş qıcama və ağızdan su gəlməsidir. Xüsusilə gecə saatlarında… Məqaləni oxuyun
Ev heyvanları və uşaq sağlamlığı
Ev heyvanları uşaq üçün təkcə oyun yoldaşı deyil. Onlar məsuliyyət hissinin, empatiyanın və sosial bacarıqların formalaşmasında ciddi rol oynayır. Bu… Məqaləni oxuyun
Uşaqlar niyə tez-tez xəstələnir? Bağça dövründə edilən böyük səhv
Uşaqlar niyə tez-tez xəstələnir? Xüsusilə 3–5, bəzən 7 yaşa qədər uşaqlarda təkrarlanan infeksiyaların səbəbi nədir? Baş həkim Dr. Xatirə Aslanova bu… Məqaləni oxuyun