MəqaləParasitus Medical Center · 12.10.2026
Xroniki yorğunluq sindromu: əlamətlər və səbəblər
İstirahətə baxmayaraq daim yorğun olmaq və sosial həyatdan uzaqlaşmaq 6 aydan çox davam edirsə, xroniki yorğunluq sindromundan danışmaq olar.
Tez-tez rast gəlinən əlamətlər:
zehni yorğunluq, işə və ya dərsə fokuslana bilməmək, diqqətsizlik; oynaq və əzələ ağrıları; yuxu problemləri, yuxudan dincəlmiş oyanmamaq; ayaq üstə və ya dik oturanda əlamətlərin artması; fiziki və ya zehni gərginlikdən sonra vəziyyətin pisləşməsi. Səbəbin araşdırılması. Uzun sürən yorğunluğa bir çox xəstəlik səbəb ola bilər: qansızlıq, qalxanvari vəzi xəstəlikləri, keçirilmiş və ya davam edən infeksion və parazitar xəstəliklər və s. Xroniki yorğunluq sindromu diaqnozu bu səbəblər istisna edildikdən sonra qoyulur. Saç tökülməsi və dırnaqların qırılması kimi şikayətlər də olarsa, onların səbəbi (məsələn, dəmir çatışmazlığı) ayrıca araşdırılmalıdır. Müəllif: Parasitus Medical Center
Antibiotik müalicəsi: səhv etməyin
Antibiotiklər həkim təyinatına uyğun dozada və müddətdə qəbul olunmalıdır. Dozanı özbaşına azaltmaq və ya dərmanı yarıda kəsmək düzgün deyil. Məqaləni oxuyun
Linza istifadəsi və göz infeksiyaları
Kontakt linzalardan düzgün istifadə edilmədikdə göz bakterial, göbələk və parazitar infeksiyalara yoluxa bilər. Bu infeksiyalar görmənin… Məqaləni oxuyun
Ürəkbulanma, halsızlıq və tez yorulma: səbəbi necə tapılır?
Uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən bəzi şikayətlər çox vaxt başqa xəstəliklərlə səhv salınır: Məqaləni oxuyun