Xəstəlik haqqındaParasitus Medical Center · 12.10.2026

Bağırsaq infeksiyaları: salmonella, rotavirus, kampilobakter

Bu mətn klinikanın OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: parasitus.az/xestelikler/bagirsaq-infeksiyalari/

Mədə-bağırsaq infeksiyalarını bakteriyalar (salmonella, kampilobakter), viruslar (rotavirus) və parazitlər törədir. Əsas əlamətlər ishal, qusma, qarın ağrısı və qızdırmadır. Ən böyük təhlükə, xüsusən uşaqlarda, susuzlaşmadır (dehidratasiya). Helicobacter pylori isə qastritin və mədə xorasının əsas səbəblərindən biridir.

Əsas törədicilər

Bakteriya; çiy və ya az bişmiş yumurta, toyuq və digər ət, pasterizə olunmamış süd Qızdırma, ishal, qarın ağrısı, qusma Virus; çirkli əllər və əşyalar Kiçik uşaqlarda ağır ishal və susuzlaşma; vaxtında həkimə müraciət vacibdir Bakteriya; əsasən az bişmiş ət, xüsusən toyuq əti ÜST-ə görə ishalın dünyada 4 əsas səbəbindən biridir və insanda bakterial qastroenteritin ən çox rast gəlinən səbəbi sayılır. Əlamətlər yoluxmadan 2–5 gün sonra başlayır, 3–6 gün çəkir Qastrit və mədə xorasının əsas səbəblərindəndir ayrıca səhifə

Susuzlaşmanın əlamətləri (xüsusən uşaqlarda)

Sidiyin azalması, ağız quruluğu, göz yaşı olmadan ağlama, çox yuxululuq və ya halsızlıq, çökmüş gözlər. Bu əlamətlər olarsa, gecikmədən həkimə müraciət edin.

Uşaqda qızdırma və antibiotik

Mədə-bağırsaq və tənəffüs virus infeksiyalarında antibiotik təsir etmir. Qızdırma qalxan kimi özbaşına antibiotikə başlamaq səhvdir. Məqalə: Antibiotik müalicəsi: səhv etməyin ümumi qan analizi, CRP; PZR ilə H. pylori DNT-si.

Bu bölmədəki xəstəliklər

Helicobacter pylori H. pylori mədədə yaşayan bakteriyadır, qastrit və mədə xorasının əsas səbəblərindəndir. Uşaqlarda mədə ağrıları…