Xəstəlik haqqındaParasitus Medical Center · 12.10.2026
Limfa düyünü şişməsi: səbəbləri və nə vaxt həkim lazımdır
Limfa düyünləri orqanizmi infeksiyalardan qoruyan immun sistemin bir hissəsidir. Onların böyüməsinin ən çox səbəbi infeksiya və iltihabdır. Daha az hallarda qeyri-infeksion xəstəliklər, nadir hallarda isə şişlər səbəb olur. Limfa düyünü böyüyübsə, səbəbi aydınlaşdırmaq üçün infeksionistə müraciət etmək lazımdır.
Limfa düyünləri harada yerləşir
İnsan orqanizmində təxminən 600 limfa düyünü var. Ən çox hiss olunanlar bunlardır: qulaq önü və arxası, boynun ön və arxa nahiyəsi, çənəaltı, körpücük sümüyünün üstü, qoltuqaltı, dirsək və diz ətrafı, qasıq.
Səbəblər
İnfeksion və iltihabi reaksiyalar: ən çox rast gəlinən səbəb. Məsələn, angina, toksoplazmoz, pişik cırmağı xəstəliyi Onkoloji xəstəliklər: nisbətən az
Nə vaxt gecikmədən həkimə getməli
Düyün bir neçə həftədən artıq kiçilmirsə və ya böyüməkdə davam edirsə Bərk, hərəkətsiz və ağrısızdırsa Körpücük sümüyünün üstündə yerləşirsə Səbəbsiz arıqlama, gecə tərləməsi və ya uzun sürən qızdırma ilə müşayiət olunursa Həkim infeksionist-parazitoloq qəbulu, limfa düyünlərinin USM-i, ümumi qan analizi, CRP, EÇS, toksoplazmoz seroloji testləri, TORCH paneli.