Xəstəlik haqqındaParasitus Medical Center · 12.10.2026
Sidik yolu infeksiyaları: sistit, pielonefrit, böyrək daşı
Sidik yolları infeksiyaları sidik kisəsinin (sistit) və böyrəklərin (pielonefrit) iltihabıdır. Sistitdə tez-tez və ağrılı sidik ifrazı, pielonefritdə isə qızdırma və bel ağrısı olur. Böyrəkdə daş olduqda infeksiya daha ağır keçə bilər. Belə hallarda infeksionist, uroloq və nefroloq xəstəni birlikdə izləməlidir.
Əlamətlər
Sistit: sidik ifrazı zamanı yanma, tez-tez sidiyə çıxma, qarnın aşağı hissəsində ağrı. Pielonefrit: qızdırma, böyrək nahiyəsində (beldə) ağrı, ürəkbulanma, halsızlıq.
Böyrək daşı və qızdırma
Böyrəkdəki daş iltihablaşa və ya sidik yolları infeksiyasına səbəb ola bilər. Belə hallarda 38°C və daha yüksək qızdırma, böyrək nahiyəsində ağrı, halsızlıq, ürəkbulanma, qusma, sidikdə qan ola bilər. Bu hallar nefroloq, uroloq və infeksionistin birgə nəzarətində olmalıdır. ümumi qan analizi, CRP;