Xəstəlik haqqındaParasitus Medical Center · 12.10.2026
Qızılca: səpgi, ağırlaşmalar, IgM və IgG analizi
Qızılca yüksək yoluxucu virus xəstəliyidir. Səpgi ilk əlamətlərdən 3–5 gün sonra üzdə və boyunun yuxarı hissəsində başlayır, sonra aşağıya, bədənə və ətraflara yayılır. Ən təhlükəli ağırlaşmalarından biri pnevmoniyadır. Qanda IgM anticisimləri aktiv xəstəliyi, IgG isə keçirilmiş xəstəliyi və ya peyvəndlə yaranan immuniteti göstərir. Peyvənd ən etibarlı qorunma yoludur. Dəridə xırda qırmızı səpgi
Səpginin xüsusiyyətləri
Dəridə qırmızı, bəzən qəhvəyiyə çalan ləkələr Üz və baş nahiyəsindən başlayıb yuxarıdan aşağıya yayılır, təxminən 3 günə bütün bədəni tutur Allergik səpgilərdən fərqli olaraq adətən şiddətli qaşınma olmur Səpgi zamanı qızdırma ola bilər Səpgi adətən 4–8 gün davam edir
Ağırlaşmalar
Qızılcanın ən ciddi ağırlaşmaları pnevmoniya kimi ağır tənəffüs problemləri, ensefalit (beyin iltihabı), korluq, susuzlaşma ilə gedən ağır ishal və qulaq iltihabıdır. Pnevmoniya iki yolla yaranır: virusun özünün törətdiyi pnevmoniya (immuniteti zəif olanlarda xüsusi bir forma, iri hüceyrəli pnevmoniya ola bilər) və üstə bakterial infeksiyanın qoşulması.
Risk qrupları:
peyvənd olunmamış kiçik uşaqlar və hamilələr; 5 yaşa qədər uşaqlar və 30 yaşdan böyük şəxslər (ağırlaşmalar bu yaş qruplarında daha çox olur); immuniteti zəif və yanaşı xəstəliyi olanlar; həkim nəzarətində olmayan xəstələr.
Nə vaxt yoluxucudur
ABŞ CDC-yə görə qızılcalı xəstə səpgi çıxmazdan 4 gün əvvəldən səpgi çıxandan 4 gün sonraya qədər virusu başqalarına ötürə bilər.
Analiz
Parasitus-da qanda qızılcaya qarşı anticisimlər təyin olunur: IgM — aktiv (hazırkı) xəstəliyin göstəricisi; IgG — keçirilmiş xəstəliyin və ya peyvəndlə yaranan qoruyucu immunitetin göstəricisi. Peyvənd olunub-olunmadığınızı bilmirsinizsə və ya peyvənd olmayıbsınızsa, qanda IgG analizi peyvəndə ehtiyac olub-olmadığını göstərə bilər.
Qızılcalı xəstə ilə təmasdan sonra
Qızılcaya qarşı immuniteti olmayan şəxs xəstə ilə təmasda olubsa, xəstəliyin qarşısını almaq üçün həkim bunlardan birini tövsiyə edə bilər. CDC-yə görə: peyvənd: təmasdan sonrakı ilk 72 saat (3 gün) ərzində; immunoqlobulin: təmasdan sonrakı ilk 6 gün ərzində. Əlamətlər artıq başlayıbsa, peyvənd kömək etmir. Qərarı həkim verir.
Müalicə
Qızılca virusuna qarşı xüsusi dərman yoxdur. Müalicə əlamətlərin yüngülləşdirilməsinə və ağırlaşmaların qarşısının alınmasına yönəlir. Antibiotik virusa təsir etmir, yalnız bakterial ağırlaşma olduqda həkim tərəfindən təyin edilir.
Profilaktika
Qızılca peyvəndi ən etibarlı qorunma yoludur. ÜST-ə görə immunitet üçün uşaqlar iki doza almalıdır. Peyvənd olunmuş şəxslər nadir hallarda yoluxa bilər, belə hallarda xəstəlik adətən yüngül keçir. Qızılca IgM və IgG, həkim infeksionist-parazitoloq və pediatr qəbulu.
Sual-cavab
Qızılcaya qarşı peyvənd olunduğumu bilmirəm. Nə etməliyəm? Klinikaya müraciət edin. Qanda qızılcaya qarşı IgG anticisimi yoxlanılır. Nəticəyə əsasən peyvənd olunub-olunmadığınız və təkrar peyvəndə ehtiyac olub-olmadığı barədə dəqiq cavab vermək olar. Qızılcalı xəstə ilə təmasda olmuşam. Nə etməliyəm? Gecikmədən həkimə müraciət edin. İmmuniteti olmayan şəxsə təmasdan sonrakı ilk 72 saat ərzində peyvənd, ilk 6 gün ərzində isə immunoqlobulin tətbiq oluna bilər. Əlamətlər artıq başlayıbsa, peyvənd kömək etmir.
Mövzuya aid videolar
Qızılca 27.11.2023 53 san Qızılca nə zaman yoluxucudur? 01.12.2023 16 san Qızılca vaksini və immunoqlobulini, təmas sonrası profilaktika 01.12.2023 17 san Hamiləlik zamanı qızılca 03.12.2023 28 san Qızılcanın müalicəsi necə aparılır? Antibiotik istifadəsinə ehtiyac varmı? 05.12.2023 37 san Qızılca üçün analiz 06.12.2023 27 san Qızılca peyvəndi 26.12.2023 21 san Qızılca xəstəliyi 26.11.2023 1 dəq 33 san Qızılca 24.11.2023 5 san