XidmətParasitus Medical Center · 12.10.2026
Uşaq həkimi (pediatr) qəbulu — Parasitus, Bakı
Kim qəbul edir: Pediatr Parasitus-da pediatr yenidoğulmuş körpədən yeniyetmə yaşınadək uşaqları qəbul edir. Uşaqlarda infeksion və parazitar xəstəliklər, immun sistemin qiymətləndirilməsi, peyvənd statusunun yoxlanılması və profilaktik müayinələr aparılır. Yaş məhdudiyyəti yoxdur.
Qəbulda
Uşaqlarda infeksion və parazitar xəstəliklər Balaca xəstələr qəbula qorxmadan daxil olur. Uşaqların rahatlığı klinikanın əsas qaydalarından biridir.
Tez-tez xəstələnən uşaq
3–5 yaşa qədər uşaqlarda immun sistem hələ tam formalaşmadığı üçün tez-tez xəstələnmək müəyyən qədər normaldır. Ən çox edilən səhv uşağı tam sağalmadan bağçaya qaytarmaqdır. Əlamətlərin azalması tam sağalma demək deyil: uşaq hələ xəstəliyi başqalarına ötürə bilər. Xəstələnmə tez-tez təkrarlanırsa, səbəbini həkimlə birlikdə araşdırmaq lazımdır. Məqalə: Uşaqlar niyə tez-tez xəstələnir?
Uşaqda qızdırma
Qızdırma orqanizmin infeksiyaya qarşı cavabıdır. Antibiotiki özbaşına başlamaq olmaz: virus infeksiyalarında antibiotik təsir etmir, lazımsız istifadəsi isə bağırsaq florasına zərər verir. Səbəbi qiymətləndirmək üçün həkim müayinəsi lazımdır, lazım olduqda ümumi qan analizi, leykoformula və CRP də yoxlanılır. Məqalə: Uşaqda qızdırma
Mövzuya aid videolar
Uşaqlarda qızdırma, rotavirus və adenovirus infeksiyaları 01.06.2026 1 dəq 22 san Uşaqlar niyə tez-tez xəstələnir? Bağça dövründə valideynlərin etdiyi böyük səhv 01.06.2026 1 dəq 27 san