Xəstəlik haqqındaQafar Tağıyev · 11.10.2026
Torlu qişanın qopması
Torlu qişanın qopması gözün işığı qəbul edən təbəqəsinin — torlu qişanın — onu qidalandıran arxa təbəqədən ayrılmasıdır. Bu, təcili haldır: müalicə gecikdikcə görmə itkisi qalıcı ola bilər.
Növləri
Regmatogen qopma — torlu qişada yaranan yırtıq səbəbindən baş verir; ən çox rast gəlinən növdür. Dr. Qafar Tağıyevin dissertasiyası məhz bu növün cərrahi müalicəsinə həsr olunub. Traksion qopma — çapıq toxumanın torlu qişanı dartması nəticəsində yaranır, məsələn ağır diabetik retinopatiyada. Ekssudativ qopma — torlu qişanın altında maye toplanması nəticəsində yaranır.
Təcili müraciət tələb edən əlamətlər
göz qabağında işıq çaxmaları; qəfil yaranan və ya birdən çoxalan uçuşan ləkələr («milçəklər»); görmə sahəsinin bir hissəsini örtən pərdə və ya kölgə; əşyaların əyri görünməsi, görmənin qəfil azalması. Bu əlamətlər yaranarsa, gözləmədən oftalmoloqa müraciət edin. Qəfil «milçəklər» haqqında ətraflı: İşıq çaxması və «milçəklər»
Kimlər risk altındadır?
Yüksək dərəcəli miopiyası olanlar, torlu qişanın periferik nazilmələri (distrofiyaları) olanlar, əvvəllər göz əməliyyatı keçirənlər, göz travması alanlar, həmçinin digər gözündə və ya ailəsində torlu qişa qopması olanlar.
Qarşısının alınması
Torlu qişada yırtıq qopma baş verməzdən əvvəl aşkarlanarsa, onun ətrafında profilaktik baryer lazer koaqulyasiyası aparılır. Miopiyası olan pasiyentlərin göz dibində belə yırtıqlar müşahidə oluna bilər. Lazer müalicəsi
Müalicə
Torlu qişanın qopması cərrahi müalicə tələb edir. Əsas üsullardan biri vitrektomiyadır: şüşəvari cisim xaric edilir və torlu qişa yerinə qaytarılır. Bəzi hallarda gözün xaricindən aparılan (episkleral) əməliyyatlar tətbiq olunur. Üsulu həkim müayinə nəticələrinə görə seçir. Göz dibi əməliyyatları