BölməQafar Tağıyev · 11.10.2026

Xidmətlər

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: drqafar.az/xidmetler/

Bu səhifədə Dr. Qafar Tağıyevin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında apardığı müayinə, müalicə və əməliyyatlar toplanıb. Hər bir müalicənin pasiyentə uyğun olub-olmadığı yalnız müayinədən sonra müəyyən edilir: hər göz problemi əməliyyat tələb etmir.

Katarakta (mirvari suyu) əməliyyatı

Fakoemulsifikasiya üsulu ilə bulanmış büllurun süni büllurla əvəz edilməsi.

Göz dibi əməliyyatları (vitrektomiya)

Torlu qişanın qopması, diabetik retinopatiyanın ağır mərhələləri, epiretinal membran və şüşəvari cismə qansızma zamanı.

Torlu qişanın lazer müalicəsi

Arqon lazer fotokoaqulyasiyası və profilaktik baryer lazer koaqulyasiyası.

Diaqnostik müayinələr

OKT, OKT-angioqrafiya, perimetriya, ultrasəs, göz dibi və standart oftalmoloji müayinələr.

Körpələrdə göz dibi (ROP) müayinəsi

Vaxtından əvvəl doğulmuş körpələrdə torlu qişanın vəziyyətinin yoxlanılması.

Qlaukomanın müayinəsi və nəzarəti

Gözdaxili təzyiqin ölçülməsi, görmə sahəsinin yoxlanılması və görmə sinirinin OKT müayinəsi.