Həkim haqqındaRövşən Tağıyev

⚕️Prostat Xəstəlikləri müayinə və müalicəsi

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: uroloqrovsen.az/haqqinda/

Dr. Rövşən Tağıyev, 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirmiş və M.C. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında 5 ilə yaxın ixtisaslaşma keçirmiş urologiya mütəxəssisidir. Hazırda, Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında xidmət göstərir. 2025-ci ildə urologiya üzrə tam mütəxəssis dərəcəsi almışdır. O, hər bir xəstəyə fərdi yanaşır: yalnız xəstəliyi deyil, insanı müalicə etdiyinə inanır. Müasir lazer, laparoskopik və mikroskopik texnologiyaların tətbiqi ilə minimal ağrı, maksimal nəticə prinsipini həyata keçirir. Ailəlidir, 2 övladı var. 1- Azərbaycan Uroloq və Androloqlarının XX Simpoziumu Mövzu: “Ağır xəstələrin müzakirəsi” Tarix: 9-11 İyun 2023 Məkan: Yengicə Thermal Resort Hotel, Qəbələ, Azərbaycan 2- URAI (Urologic Revolutions and Artificial Intelligence) Konqresi

Mövzu: “Urologiyada Çevriliş və Suni Zəka İstifadəsi” Tarix: 10-12 Oktyabr 2024 Məkan: Altınel Ankara Hotel & Convention Center, Ankara, Türkiyə Ölkədaxilində çox saylı seminarlara iştirakçı qismində iştirak etmişdir. Müasir texnologiyaları, o cümlədən süni intellekt və minimal invaziv cərrahiyyə üsullarını öz təcrübəsinə daha dərindən inteqrasiya etmək və beynəlxalq konfranslarda iştirakla davamlı tibbi təhsilini inkişaf etdirməkdir. Xəstələr üçün tibbi xidmətlərin əlçatanlığını artırmaq məqsədilə Onlayn Tibb Xidməti imkanlarının gündəlik praktikaya daxil edilməsi planlaşdırılır. Toplanmış klinik təcrübənin elmi məqalələr və beynəlxalq tədbirlərdəki məruzələr vasitəsilə tibb ictimaiyyəti ilə bölüşülməsi əsas istiqamətlərdən biridir.