Həkim haqqındaVəfa Məmmədova · 08.10.2026
Dr. Vəfa Məmmədova
Şəkidə fəaliyyət göstərən həkim-stomatoloq. 2005–2010-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2010-cu ildən stomatoloq kimi çalışır və hazırda «Sağlam Təbəssüm» klinikasında qəbul edir. Azərbaycan Tibb Universiteti Sertifikasiya: Stomatologiya Şəki, «Sağlam Təbəssüm» 2005–2010 Azərbaycan Tibb Universiteti 16 il stomatoloji təcrübə Hər yaş uşaqlar və böyüklər üçün müalicə Şəki «Sağlam Təbəssüm» klinikası Dr. Vəfa Məmmədova Həkim-stomatoloq · «Sağlam Təbəssüm», Şəki
Bioqrafiya
Dr. Vəfa Məmmədova Şəkidə qəbul edən həkim-stomatoloqdur. Azərbaycan Tibb Universitetini 2010-cu ildə bitirib və o vaxtdan stomatoloq kimi çalışır. Hazırda «Sağlam Təbəssüm» klinikasında (Aydın Məmmədov küç. 18A, Şəki) xəstə qəbul edir. Gündəlik praktikasında terapevtik, ortopedik və ortodontik stomatologiyanı birləşdirir: estetik kompozit restavrasiya və kanal müalicəsindən zirkonium və metal-keramika konstruksiyalara, total, hissəvi və bügel protezlərə, breket müalicəsinə qədər. Uşaq xəstələrlə işə və diş həkimindən qorxan böyüklərlə ünsiyyətə xüsusi diqqət ayırır. Şəkidən başqa Oğuz, Qax və Qəbələdən, eləcə də xaricdən — Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən gələn xəstələri müalicə edib. Müalicə nəticələrini və maarifləndirici videolarını Instagram səhifəsində və YouTube kanalında paylaşır.
İş prinsipləri
Təbii görünüşü qorumaq. Estetik müalicədə məqsəd dişləri süni və həddən artıq dəyişmək deyil, üz cizgilərinə uyğun harmonik təbəssüm yaratmaqdır. Dişi mümkün qədər saxlamaq. Plombla bərpası mümkün olan dişə qapaq tövsiyə olunmur; çəkilməsi məsləhət görülən dişlər üçün də əvvəlcə bərpa imkanları qiymətləndirilir. Protokola əməl etmək. İzolyasiya, retraksiya sapı, pilləli yonum, rentgen və apeks lokator nəzarəti kimi addımlar nəticənin uzunömürlü olması üçün vacib sayılır. Dəqiqlik və müasir texnika. İş prosesində böyüdücü lupadan istifadə olunur; endodontiya, plomblama və rentgen kimi işlər müasir üsullarla aparılır. Ağrısız müalicə. Müalicədə ağrısız anesteziya tətbiq olunur. Nəticəni əvvəlcədən görmək. Qapaqların forması əvvəlcə müvəqqəti qapaqda yoxlanılır; daimi qapaq xəstənin bəyəndiyi formaya uyğun hazırlanır.
Xəstə ilə açıq ünsiyyət. Müalicə variantları, mərhələlər və gözlənilən nəticə əvvəlcədən izah olunur; qərar xəstə ilə birlikdə verilir.
Müasir fotodokumentasiya
İş prosesinin hər mərhələsi müasir fotoprotokol prinsiplərinə uyğun olaraq qeydiyyata alınır və sənədləşdirilir. Fotodokumentasiya müalicənin gedişatını obyektiv qiymətləndirməyə, əldə olunan nəticələri müqayisəli şəkildə izləməyə və klinik qərarların əsaslandırılmasına imkan verir. Dəqiq diaqnostika, sistemli planlama və hər mərhələnin peşəkar sənədləşdirilməsi — müasir tibbi yanaşmanın əsas prinsiplərindəndir. Fotoprotokol: müalicə zamanı ağızdaxili fotoşəkillərin çəkilməsi və yoxlanılması. Stomatologiya tibbin ən inkişaf etmiş sahələrindən biridir və yeniliklərdən geri qalmamaq üçün daim təlimlərdə, kurslarda iştirak etmək hər bir stomatoloqun birinci vəzifəsi olmalıdır. — Dr. Vəfa Məmmədova
Sertifikasiya şəhadətnaməsi — Stomatologiya
Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edir; 6 fevral 2031-dək etibarlıdır. 2026
Həkimləri təkmilləşdirmə institutunda təlim
Respublikanın müxtəlif bölgələrindən olan həkimlərlə birgə yeddi günlük nəzəri təkmilləşdirmə kursu. 14 dekabr 2025
Rubber dam və izolyasiya kursu
Azad Gülüş Dental Academy, lektor Xəlil Məmmədov. 13 dekabr 2025
Vinirlər üçün diş preparasiyası
DONTOS, Dr. Anar Seyidov — kurs və praktiki məşğələ, Bakı. 31 may 2025
«Sadə və qabaqcıl estetik kompozit restovrasiyalar»
Azərbaycan Parodontologiya Cəmiyyəti (PERIOAZ), Dos. Bora Korkut. Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuş, 8 kreditlik master-klass. 31 may 2025
Ön dişlərin birbaşa estetik restavrasiyası
GC Europe, Assoc. Prof. Bora Korkut — « Anterior Direct Esthetic Restorations » praktiki kursu. 27 aprel 2025
Asfarma-nın elmi tədbiri, Şəki
Maksilyar sinusitlərin müalicəsi, ağız boşluğu selikli qişasının iltihabına multidisiplinar yanaşma və təşviş-həyəcan pozuntuları mövzularında. 3–4 dekabr 2021
Ön və arxa dişlərin bədii restavrasiyası
Dr. Murad Axundov — « Easy way of art restoration in anterior & posterior teeth » fərdi kursu, Bakı. 9–10 dekabr 2019
Sefalometriyanın əsasları
Odontos Academy, Dr. Zaur Zeynalov — nəzəri və praktiki kurs. 9 noyabr 2019
Oklyuziya və model analizi
Odontos Academy, Dr. Zaur Zeynalov — nəzəri və praktiki kurs. 2005–2010
Sertifikasiya şəhadətnaməsi
Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd. 06.02.2026 06.02.2031 tarixinədək AH № 065076 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi (TMAKNM) Sənədin həqiqiliyi üzərindəki ştrixkod və ya www.tmaknm.gov.az elektron sənəd yoxlanışı vasitəsilə yoxlanıla bilər. Rubber dam və izolyasiya kursu Azad Gülüş Dental Academy · 14.12.2025 Vinirlər üçün diş preparasiyası DONTOS · Dr. Anar Seyidov · 13.12.2025 Estetik kompozit restovrasiyalar PERIOAZ · Dos. Bora Korkut · 31.05.2025 · 8 kredit Ön dişlərin birbaşa estetik restavrasiyası GC Europe · Bora Korkut · 31.05.2025 «Ümumi Stomatologiya» III elmi konfransı Quintessenz Azərbaycan · 27.04.2025 «Mənim Ortodontiyam» konfransı Azərbaycan Ortodontlar Dərnəyi · 23.02.2025 Sinusit, selikli qişa iltihabı və təşviş pozuntuları Asfarma · Şəki · 18.02.2023
Ön və arxa dişlərin bədii restavrasiyası Dr. Murad Axundov · 3–4.12.2021 Sefalometriyanın əsasları Odontos Academy · 9–10.12.2019 Oklyuziya və model analizi Odontos Academy · 09.11.2019 « Tooth preparation for veneers » — vinirlər üçün diş preparasiyası kursunun sertifikatı, DONTOS, 13 dekabr 2025.
İctimai fəaliyyət
2026-cı ilin iyununda «Sevgi ilə — Stomatoloji Dayaq» layihəsinin və «Dayaq» Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı, Splat şirkətinin dəstəyi ilə Şəkidə «Fırçala, Gülümsə, Parla» adlı maarifləndirici tədbir keçirildi. «YAŞAT» Fondunun düşərgəsində 40 şəhid övladına ağız boşluğu gigiyenası öyrədildi, uşaqların ağız boşluğu ödənişsiz müayinə olundu. Dr. Vəfa Məmmədova tədbirdə könüllü həkim kimi iştirak edib. Media çıxışları və tədbirlər haqqında ətraflı