BölməVəfa Məmmədova · 08.10.2026

Müalicə nəticələri

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: stomatoloqvefa.az/klinik-hallar/

Burada Dr. Vəfa Məmmədovanın paylaşdığı real müalicə hallarından seçmələr toplanıb: xəstənin şikayəti, aparılan müalicə, müddət və əldə olunan nəticə. Xəstələrin şəxsi məlumatları göstərilmir. Müalicədən əvvəl və sonrakı fotolar: @dr.vefa_memmedova Əvvəl Sonra Estetik bərpa

Diş sırasının düzəldilməsi — yan görünüş

Nəticə: sıradan kənarda qalan dişlər diş sırasına gətirildi.

Diş sırasının düzəldilməsi — ön görünüş

Nəticə: əyri düzülmüş dişlər sıraya düzüldü, gülüş xətti harmonikləşdi.

Açıq dişləm tələffüzə təsir edəndə

Ön dişlər qapanmırdı; tələffüz qüsuru səbəbindən xəstə qəbul imtahanında uğursuz olmuşdu Təxminən 1 il Nəticə: ilk 3 ayda qapanışdakı dəyişiklik tələffüzə müsbət təsir etdi, xəstə növbəti imtahandan uğurla keçdi. Instagram paylaşımı

Dərin dişləm

Dərin dişləm və böyük diş sırası qüsuru Breket müalicəsi, başlanğıc 12.03.2025 1 il 4 ay Nəticə: xəstənin iradəsi və həkimin əzmi ilə mürəkkəb qüsurun müalicəsi uğurla başa çatdırıldı.

Diş sırası əyriliyi — 11 ayda nəticə

Dişlərdə əyrilik və əlaqəli şikayətlər 28.08.2025 – 01.08.2026 Nəticə: müalicə bir il tamam olmadan uğurla yekunlaşdı.

III sinif dişləm

Alt diş sırası üst dişlərin önündə yerləşirdi Ortodontik müalicə, başlanğıc 04.02.2025 Nəticə: diş sıraları və dişləm normal, harmonik vəziyyətə gətirildi.

Sıradan yuxarıda çıxmış köpək dişləri

Yer darlığı səbəbindən köpək dişləri diş sırası xəttindən yuxarıda çıxmışdı Əvvəlcə çənə genişləndirici plastinka, sonra breket Nəticə: dişlər çəkilmədən diş sırası xəttinə gətirildi.

Uğursuz breketdən sonra təkrar müalicə

İllərlə breket müalicəsi görsə də istədiyi nəticəni almamışdı Yenidən planlanmış breket müalicəsi, sonda estetik restavrasiya 10.04.2024 – 26.06.2025 Nəticə: düzülmüş diş sırası, bərpa olunmuş funksiya və estetik gülüş.

Anadangəlmə olmayan yan kəsicilər və diastema

Yan kəsicilərin olmaması, ağızda qalmış süd dişləri və ön nahiyədə aralıqlar özünəinama təsir edirdi Nəticə: dişlərin forma və ölçüsü bərpa olundu, boşluqlar bağlandı — xəstə artıq gülüşünü gizlətmir.

İki fərqli həkimdən sonra — təbii ön dişlər

Əvvəl iki fərqli həkimdə ön dişlərinə plomb etdirmiş, nəticədən razı qalmamışdı Nəticə: estetik görünüş və daha açıq tonlar əldə olundu, xəstə nəticədən razı qaldı.

Rezorsinlə işlənmiş, tündləşmiş dişlər

Başqa həkim tərəfindən rezorsinlə işlənmiş dişlər zamanla tündləşmişdi Fərdi hazırlanmış, tək-tək zirkonium qapaqlar Nəticə: dişlərin forma və rəngi üz cizgilərinə uyğunlaşdırıldı, təbii görünüş və funksiya bərpa olundu.

Metal-keramika körpülərdən zirkoniuma

Rusiyadan gələn xəstənin üst çənəsində köhnə metal-keramika körpülər Tək-tək hazırlanmış zirkonium qapaqlar Nəticə: təbiiliyi və rahatlığı birləşdirən yeni gülüş; alt dişlərin bərpası növbəti mərhələdə planlaşdırıldı.

Güləndə diş əti görünürdü

Güləndə diş əti çox görünürdü, köhnə metal-keramik körpü estetik deyildi « Gummy smile » əməliyyatı (Dr. Vasif Məmmədov), iki ay sonra zirkonium qapaqlar Nəticə: diş əti görünməyən, daha estetik və funksional gülüş.

Üç il qorxusunu yenə bilməyən xəstə

Diş qorxusu səbəbindən müalicə illərlə gecikmişdi Uzun söhbət və hazırlıq, diş çəkimləri, müalicə, üst çənənin zirkonium qapaqlarla bərpası Nəticə: qorxu aradan qaldırıldı və üst çənə estetik bərpa olundu; alt çənənin müalicəsi planlaşdırıldı.

Elastik Deflex protez

Diş əksikliyi; xəstə bügel protezi seçmədi Elastik, incə quruluşlu Deflex protez Nəticə: təbii görünüş, rahat istifadə və estetik nəticə.

Hər iki çənənin kompleks bərpası

Arxa çeynəmə dişləri yox idi, üst total protez köhnəlmişdi Üst çənədə total protez, alt çənənin ön altı dişinə metal-keramika körpü, arxa dişlərə bügel protez Nəticə: komanda işi ilə xəstə yeni, estetik gülüşə qovuşdu.

12 yaşda dişləri itirmək riski

Anemiya fonunda dişlərin erkən itirilməsi riski; dişlərin çəkilməsi tövsiyə olunmuşdu Nəticə: dişlər çənə sümüyünün inkişafı başa çatana qədər qorundu; uşaq rahat gülür və yemək yeyir.

Uşağın daimi dişində müasir müalicə

Kiçik yaşlı xəstənin daimi dişində müalicə tələb olunurdu Rubber dam izolyasiyası altında müalicə, MTA biomaterialı Nəticə: iş sahəsi quru və steril saxlanıldı, diş toxumalarının qorunması dəstəkləndi.

Diş əti problemi — 15 gündə dəyişiklik

Bir neçə həkimdə müalicə alsa da diş əti problemi keçməmişdi Diş daşı və diş əti təmizlənməsi, düzgün diş yuma qaydalarının öyrədilməsi 15 gün Nəticə: diş ətinin vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdı. Hər xəstənin vəziyyəti fərdidir, buna görə müalicə planı, müddəti və nəticəsi fərqli ola bilər. Sizin üçün uyğun müalicə yalnız müayinədən sonra müəyyən edilir.