BölməVəfa Məmmədova · 08.10.2026
Stomatoloji xidmətlər
Dr. Vəfa Məmmədova Şəkidə «Sağlam Təbəssüm» klinikasında terapevtik, ortopedik, ortodontik və uşaq stomatologiyası üzrə qəbul edir. Hər müalicə müayinədən sonra dişlərin vəziyyətinə, xəstənin şikayətinə və gözləntisinə uyğun planlaşdırılır.
Estetik restavrasiya və kompozit vinir
Qırılmış, rəngi dəyişmiş və ya aralı dişlərin kompozit materialla təbii görünüşdə bərpası.
Kanal müalicəsi
Pulpit və periodontitdə kök kanallarının müalicəsi, natamam doldurulmuş kanalların təkrar işlənməsi.
Gigiyena, diş əti və ağardılma
Diş daşının təmizlənməsi, AirFlow, gingivitin müalicəsi və dişlərin ağardılması.
Ortopediya və gülüş estetikası
İtirilmiş və ya ciddi zədələnmiş dişlərin qapaq, körpü və protezlərlə bərpası, güləndə diş ətinin çox görünməsinin korreksiyası.
Zirkonium və metal-keramika
Qapaqlar və körpülər: köhnə konstruksiyaların yenilənməsi, fərdi rəng və forma seçimi.
«Gummy smile» korreksiyası
Güləndə diş ətinin çox görünməsi: diş əti korreksiyası və bir neçə ay sonra dişlərin estetik bərpası.
Breket müalicəsi
Diş sırası əyriliyi, açıq və dərin dişləm, III sinif anomaliya, genişləndirici aparatlar.
Uşaq stomatologiyası
Süd və daimi dişlərin müalicəsi, gigiyena təlimi, travmadan sonra bərpa.
Diş çəkimi
Ağıl dişinin və bərpası mümkün olmayan dişlərin ağrısız anesteziya altında çəkilməsi, yaraya qulluq tövsiyələri. Müalicənin növü, mərhələləri və müddəti yalnız müayinədən sonra müəyyən olunur. Saytdakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır.