MəqaləVüsalə Rüstəmova · 09.10.2026
Aybaşı gecikib, hamiləlik yoxdur — səbəblər | Dr. Rüstəmova
Hamiləlik testi müsbətdirsə
Ultrasəsdə döl kisəsinin görünməməsi çox erkən hamiləlik, nadir hallarda isə uşaqlıqdankənar hamiləlik ola bilər. XQ 48 saat ara ilə yoxlanılır. Ətraflı: Test müsbətdir, döl kisəsi görünmür.
Hamiləlik testi mənfidirsə — mümkün səbəblər
Gec ovulyasiya (aybaşı sadəcə daha gec gələcək) Güclü stress, yuxu rejiminin pozulması, ağır fiziki yük Kəskin arıqlama və ya çəki artımı Qalxanabənzər vəzi pozğunluqları, prolaktinin yüksəkliyi Süd vermə dövrü, menopauzaya yaxın dövr Bəzi dərmanlar və hormonal preparatların dayandırılması
Nə vaxt həkimə getməli?
Aybaşı 1 həftədən çox gecikibsə və test mənfidirsə — hamiləlik testi bir neçə gün sonra təkrarlanır, gecikmə davam edərsə müayinə lazımdır. Gecikmə ilə yanaşı qarın ağrısı, ləkələnmə, başgicəllənmə varsa — gözləmədən. Aybaşılar müntəzəm olaraq nizamsızdırsa. Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.