MəqaləVüsalə Rüstəmova · 09.10.2026

Erkən hamiləlikdə qarın ağrısı: normal və təhlükəli

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: ginekoloqvusala.az/faydali-melumatlar/erken-hamilelikde-qarin-agrisi/

Fizioloji səbəblər

Döl yumurtasının uşaqlığın daxili qatına yerləşməsi (implantasiya) Hormonal dəyişikliklər; progesteronun təsiri ilə bağırsaq hərəkətinin yavaşıması, qazlanma və qəbizlik Böyüyən uşaqlığı saxlayan bağların gərilməsi Bədənin ağırlıq mərkəzinin dəyişməsi Bir çox qadın bu hissləri aybaşının yaxınlaşması kimi qəbul edir, xüsusilə premenstrual sindromu olanlar.

Narahat edici əlamətlər

Güclü, keçməyən və ya birtərəfli aşağı qarın ağrısı Ağrı ilə birlikdə qanaxma və ya ləkələnmə Başgicəllənmə, huşun itməsi, çiyinə yayılan ağrı Hərarət, sidik ifrazında yanma Əgər belə bir şikayətiniz varsa, mütləq həkimə müraciət edin. Unutmayın, hər bir problem vaxtında aşkar olunarsa, daha tez müalicə olunub dərinləşməz. Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.