MəqaləVüsalə Rüstəmova · 09.10.2026
Ureaplazma, mikoplazma, xlamidiya və hamiləlik
Ureaplazma və mikoplazma
Ureaplazma və bəzi mikoplazma növləri bir çox sağlam qadının cinsiyyət yollarında heç bir şikayət vermədən rast gəlinir. Onların erkən düşüklərin səbəbi olduğu sübut olunmayıb; buna görə şikayəti olmayan hamilələrdə rutin axtarılması və müalicəsi tövsiyə olunmur. Qərar şikayətlərə və klinik vəziyyətə görə verilir.
Hansı infeksiyalar mütləq müalicə tələb edir?
Cinsi yolla keçən infeksiyalar — xlamidiya, qonoreya, trixomoniaz — aşkarlandıqda hamiləlikdə müalicə olunur, çünki dölyanı mayenin vaxtından əvvəl axması və vaxtından əvvəl doğuş riski ilə əlaqələndirilir. Bakterial vaginoz da şikayət olduqda müalicə olunur. B qrup streptokok daşıyıcılığı isə əsasən doğuş zamanı körpəyə keçmə riski baxımından əhəmiyyətlidir və hamiləliyin sonunda yoxlanılır.
Nə vaxt müraciət etməli?
Hamiləlikdə iyli, rəngi dəyişmiş və ya bol vaginal axıntı, qaşınma, yanma, aşağı qarın ağrısı və ya suyun gəlməsi olduqda gözləmədən həkimə müraciət edin. Unutmayın ki, vaxtında müayinə və düzgün diaqnoz qoyulsa, bütün problemlərin həlli var. Dr. Vüsalə Rüstəmova, 2020 Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.