MəqaləVüsalə Rüstəmova · 09.10.2026

Hamiləlikdə miflər və səhvlər | Dr. Vüsalə Rüstəmova

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: ginekoloqvusala.az/faydali-melumatlar/hamilelikde-mifler/

Mif 1: «Vaginal ultrasəs açılışa və ya düşüyə səbəb olur»

Yanlışdır. Vaginal ultrasəs açılışa və ya düşüyə səbəb olmur; əksinə, erkən həftələrdə hamiləliyin yerini və gedişini görmək üçün vacib və təhlükəsiz müayinədir.

Mif 2: «Hamiləlikdə ayaqların şişməsi normaldır»

Hamiləliyin sonunda yüngül ayaq ödemi tez-tez olur, lakin qəfil yaranan və ya üzə, əllərə yayılan ödem, xüsusilə baş ağrısı ilə birlikdə, preeklampsiyanın əlaməti ola bilər. Həkimin təcrübəsində «hamı deyir ki, hamiləlikdə ayaq şişməlidir» deyib həkimə gəlməyən qadının ağır preeklampsiya ilə təcili əməliyyata götürüldüyü hal var.

Mif 3: «Sidikdə zülal varsa yumurta yemək olmaz»

Əksinə: sidiklə zülal itirildikdə qidalanmada keyfiyyətli zülal mənbələrinə ehtiyac artır.

Mif 4: «Şikayət yoxdursa, risk də yoxdur»

Preeklampsiya kimi bəzi ağırlaşmalar uzun müddət şikayət vermir və yalnız təzyiq ölçülməsi və analizlərlə aşkarlanır.

Mif 5: «Ultrasəs normaldırsa, ginekoloji baxışa ehtiyac yoxdur»

Ultrasəs uşaqlıq boynunun səthindəki dəyişiklikləri göstərmir; baxış və yaxma ayrıca lazımdır.

Mif 6: «Bir dəfə keysəriyyə olan qadın həmişə keysəriyyə ilə doğmalıdır»

Hər zaman deyil. Əvvəlki keysəriyyədən sonra təbii doğuş bəzi hallarda mümkündür; bu, çapığın vəziyyətindən, əvvəlki əməliyyatın səbəbindən və hazırkı hamiləlikdən asılıdır.

Hamiləlikdə ən çox edilən səhvlər

Həkim təyinatı olmadan dərman, vitamin və əlavələr qəbul etmək «Heç nə olmaz» düşüncəsi ilə şikayətləri gizlətmək Məsləhət üçün həkimə deyil, ətrafdakılara müraciət etmək Sağlam hamiləlik yalnız gözləmək deyil, doğru zamanda doğru nəzarətdir. Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.