MəqaləVüsalə Rüstəmova · 09.10.2026
Hamiləlikdə təhlükə əlamətləri | Dr. Vüsalə Rüstəmova
Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: ginekoloqvusala.az/faydali-melumatlar/hamilelikde-tehluke-elametleri/
Dərhal müraciət tələb edən əlamətlər
Vaginal qanaxma (istənilən həftədə) Şiddətli və keçməyən baş ağrısı, gözlərdə qaralma və ya işıqlanma Üzdə və əllərdə qəfil ödem Qarnın yuxarı hissəsində, sağ qabırğaaltında ağrı, qusma Güclü qarın ağrısı, 37-ci həftədən əvvəl müntəzəm sancılar Dölün hərəkətlərinin azalması və ya dayanması Təngnəfəslik, sinə ağrısı, qıc olmalar, huşun itməsi
Erkən həftələrdə
Ağrı ilə birlikdə qanaxma, birtərəfli kəskin ağrı və başgicəllənmə uşaqlıqdankənar hamiləliyin əlaməti ola bilər. Şikayət olan kimi qonşulara, qohumlara deyil, həkiminizə deyin. Ən doğrusunu həkiminiz sizə deyəcək. Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.