MəqaləVüsalə Rüstəmova · 09.10.2026
Hestasion diabet — hamiləlikdə şəkər | Dr. Vüsalə Rüstəmova
Risk qrupu
Ailədə 2-ci tip şəkərli diabet Əvvəlki hamiləlikdə hestasion diabet Əvvəllər qlükoza mübadiləsinin pozulması və ya sidikdə qlükoza
Necə aşkarlanır? (ümumi məlumat)
Bütün hamilələrdə birinci trimestrdə qanda şəkər yoxlanılır. Hamiləliyin 24–28-ci həftələrində 75 q qlükoza ilə tolerantlıq testi (QTT) aparılır; risk qrupunda olan qadınlarda test daha erkən də aparıla bilər.
Niyə vacibdir?
Nəzarətsiz qalan hestasion diabet iri döl, doğuşda çətinliklər, preeklampsiya, keysəriyyə ehtimalının artması və yenidoğulmuşda qan şəkərinin düşməsi ilə əlaqəlidir.
Nəzarət necə aparılır?
Qidalanmanın tənzimlənməsi, fiziki aktivlik, evdə qan şəkərinin ölçülməsi; hədəfə çatmadıqda dərman müalicəsi — endokrinoloqla birgə. Dölün böyüməsi ultrasəslə izlənir.
Doğuşdan sonra
Doğuşdan bir neçə həftə sonra qlükoza testi təkrarlanır. Hestasion diabet keçirmiş qadınlarda gələcəkdə 2-ci tip diabet riski artdığı üçün dövri yoxlama məsləhətdir. Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.