Həkim haqqındaVüsalə Rüstəmova · 09.10.2026

Klinik təcrübə | Dr. Vüsalə Rüstəmova, mama-ginekoloq

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: ginekoloqvusala.az/haqqimda/klinik-tecrube/

Riskli hamiləliklər

Preeklampsiya (orta və ağır dərəcə), antifosfolipid sindromu, adəti düşüklər (o cümlədən 5 və 10 inkişafdan qalmış hamiləlik tarixçəsi), əvvəlki antenatal itki, anadangəlmə ürək qüsuru olan və açıq ürək əməliyyatı keçirmiş qadınlar, böyrəyin III dərəcəli hidronefrozu, hamiləlikdə kəskin pielonefrit və sidik axarında daş, bronxial astma, xoralı kolit, talassemiya daşıyıcılığı, anemiya, hamiləlikdə COVID-19, vaxtından əvvəl doğuş təhlükəsi, uşaqlıq boynuna tikiş qoyulmuş hamiləlik, dölün bətndaxili inkişaf ləngiməsi, iki dəfə keysəriyyədən sonra çapıqlı uşaqlıq.

Doğuş

İlk və təkrar təbii doğuşlar, iri körpələrlə təbii doğuş, planlı və təcili keysəriyyələr, təkrar keysəriyyə, keysəriyyə zamanı miomaların götürülməsi. Doğuş: təbii doğuş və keysəriyyə

Sonsuzluq

2–9 il davam edən sonsuzluqdan sonra müalicə ilə yaranan hamiləliklər; polikistoz yumurtalıq sindromu, hiperprolaktinemiya və metabolik sindrom fonunda sonsuzluq; abortdan sonra endometriumun zədələnməsi; endometrioid kista ilə birlikdə sonsuzluq. Sonsuzluğun müayinə və müalicəsi

Ginekoloji əməliyyatlar

Laparoskopik və açıq kistektomiya, boru hamiləliyində laparoskopik tubotomiya, yumurtalıq apopleksiyası, histeroskopik polipektomiya və miomektomiya, endometrial küretaj, uşaqlığın artımlarla birgə çıxarılması və amputasiyası, konizasiya, servikal polipektomiya, ön və arxa kolporrafiya, perineoplastika, uşaqlığın ventrofiksasiyası.

Coğrafiya

Bakı ilə yanaşı Göyçay, Lənkəran, Neftçala, Naxçıvan, Şirvan, Quba, Xızı, Salyan, Füzuli, Beyləqan, Balakən, Tovuz, Şəki və xaricdən (məsələn, Almaniyadan) müraciət edən xəstələr; 2026-cı ildə Sabirabadda səyyar qəbul. Mənbə: həkimin 2017–2026 paylaşımları; xəstə adları və tanınma detalları çıxarılıb.