Sual-cavabVüsalə Rüstəmova · 09.10.2026
Ən çox verilən suallar | Dr. Rüstəmova
Qəbul və əlaqə
Dr. Vüsalə Rüstəmova hazırda harada qəbul edir? Bakıda, Baku Medical Plaza-nın Medilux filialında (Qadın xəstəlikləri və doğum şöbəsi) — Kral Hüseyn küçəsi 66B, Nərimanov rayonu. Xəritə və yol təsviri — Əlaqə səhifəsində. Qəbula necə yazıla bilərəm? Zəng edərək və ya WhatsApp-da yazaraq — saytdakı zəng və WhatsApp ikonları birbaşa əlaqə açır. Qəbul saatları əvvəlcədən razılaşdırılır. Saytdakı «Qəbula yazıl» forması da mesajı WhatsApp-da hazırlayır. Qəbula özümlə nə gətirməliyəm? Əvvəlki analiz və ultrasəs nəticələrini, əməliyyat çıxarışlarını, qəbul etdiyiniz dərmanların siyahısını və son aybaşının başlama tarixini. Qəbula həyat yoldaşımla gələ bilərəmmi? Bəli. Sonsuzluq müayinəsində cütlüyün birgə gəlməsi xüsusilə tövsiyə olunur. Bölgədə yaşayıram. Həkim regionlarda qəbul edirmi?
Həkim regionlarda səyyar qəbul da keçirib (məsələn, 2026-cı ilin avqustunda Sabirabadda). Belə səfərlər olarsa, tarixləri həkimin Instagram səhifəsində elan olunur; Bakıda qəbul vaxtı isə əvvəlcədən razılaşdırılır. Gecə və ya bayram günü doğuş başlasa nə olacaq? Doğuş başladıqda klinikaya müraciət edin; doğuşa həkimin özünün qatılması əvvəlcədən razılaşdırılır. Saytdakı məlumat həkim müayinəsini əvəz edirmi? Xeyr. Saytdakı mətnlər ümumi maarifləndirmə məqsədi daşıyır.
Hamiləlik
Hamiləliyi öyrənən kimi nə etməliyəm? İlk qəbula yazılın: tarixçə götürülür, ultrasəs aparılır, analizlər planlaşdırılır. Vaginal ultrasəs düşüyə səbəb olurmu? Hamiləlikdə miflər və səhvlər Testim müsbətdir, amma döl kisəsi görünmür. Bu pisdirmi? Aybaşı cəmi bir həftə gecikibsə, normal ola bilər; XQ 48 saat ara ilə iki dəfə yoxlanılır. Test müsbətdir, döl kisəsi görünmür İkili test riskli çıxdı. Nə etməliyəm? Qərara tələsməyin; dəqiqləşdirici müayinənin nəticəsini gözləyin. Preeklampsiyanın riskini erkən bilmək olarmı? Bəli, 11–13-cü həftələrdə təzyiq və doppler ilə risk qiymətləndirilə bilər. Sidikdə zülal varsa yumurta yemək olarmı? Bəli, əksinə, keyfiyyətli zülala ehtiyac artır.
Doğuş
Doğuş üsulunu kim seçir? Həkimlə birlikdə, hamiləliyin gedişinə görə. Doğuş: təbii doğuş və keysəriyyə Keysəriyyədə hansı anesteziya daha yaxşıdır? Tibbi maneə yoxdursa, adətən spinal anesteziya. Spinal yoxsa ümumi anesteziya Yalançı sancıları həqiqi sancılardan necə ayırım? Ətraflı izah: Doğuşa hazırlıq və yalançı sancılar Təkrar keysəriyyədə iki çapıq qalacaqmı? Adətən köhnə çapıq götürülür və bir çapıq qalır. Keysəriyyədən sonra nə vaxt ayağa qalxmalıyam? Mümkün qədər tez — erkən gəzmək bitişmələrin qarşısını almağa kömək edir. Keysəriyyədən sonra ilk günlər
Sonsuzluq
Nə vaxt sonsuzluq müayinəsinə başlamaq lazımdır? Bir il ərzində (35 yaşdan yuxarı — altı ay) hamiləlik olmursa. Sonsuzluğun müayinə və müalicəsi Həyat yoldaşım da müayinə olunmalıdırmı? Sonsuzluğun müayinə və müalicəsi Boru filmi (HSQ) ağrılıdırmı? Qısamüddətli diskomfort ola bilər; venadaxili anesteziya ilə də aparıla bilər. Endometrioid kistam var, hamiləlik planlaşdırıram. Əməliyyat olunmalıyam? Qərar reproduktiv planla birlikdə verilir. Endometrioid kista nə zaman əməliyyat olunmalıdır
Ginekoloji sağlamlıq
Müayinədən əvvəl nə etməməliyəm? 24–48 saat əvvəl cinsi əlaqədən, vaginal şam və gellərdən, yumadan və tampondan çəkinin. Ginekoloji müayinə və skrininq Ultrasəs normaldırsa ginekoloji baxış lazımdırmı? Bəli — ultrasəs uşaqlıq boynunu göstərmir. Ginekoloji müayinə və skrininq CA-125 yüksək çıxıb. Bu xərçəngdirmi? Özlüyündə xərçəng demək deyil. CA-125 yüksəkdir Spiral aybaşının neçənci günü qoyulur? Ən rahat vaxt ilk 7 gün, xüsusilə 3–5-ci günlər. Spiral (UDV) və kontrasepsiya Menopauzadan sonra ləkələnmə oldu. Gözləyə bilərəmmi? Polipi dərmanla müalicə etmək olarmı? Xeyr; şikayət yaradan polip histeroskopik yolla götürülür.
Əməliyyatlar
Laparoskopiya açıq əməliyyatdan həmişə yaxşıdırmı? Əməliyyatdan sonra nə vaxt hərəkət etməliyəm? Mioma mütləq əməliyyat olunmalıdırmı? Xeyr; çoxu yalnız müşahidə olunur. Cavablar ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.