Xəstəlik haqqındaVüsalə Rüstəmova · 09.10.2026
Endometrium hiperplaziyası — nədir, necə müalicə olunur
Səbəblər və risk amilləri
Proqesteronla tarazlaşdırılmamış estrogen təsiri: ovulyasiyanın olmaması (məsələn, polikistoz yumurtalıq sindromu), piylənmə, menopauzaya yaxın dövr, bəzi dərmanlar.
Əlamətlər
Gur, uzunmüddətli və ya nizamsız uşaqlıq qanaxması; menopauzadan sonra qanaxma. Uzun qanaxma ağır qan azlığına gətirib çıxara bilər — həkimin təcrübəsində bir aydan çox qanaxması olan qadında hemoqlobin 6 q/dl-ə düşmüşdü.
Diaqnostika
Transvaginal ultrasəsdə endometriumun qalınlığı qiymətləndirilir; diaqnoz isə yalnız toxumanın histoloji müayinəsi ilə qoyulur — küretaj, histeroskopiya altında biopsiya və ya aspirasion biopsiya ilə.
Müalicə (ümumi məlumat)
Atipiyasız hiperplaziya — çox vaxt hormonal müalicə; beynəlxalq tövsiyələrdə ilk seçim levonorgestrel tərkibli hormonal spiraldır. Müalicə zamanı dövri biopsiya ilə nəzarət aparılır. Atipik hiperplaziya — xərçəngə keçmə riski daha yüksək olduğu üçün adətən uşaqlığın çıxarılması tövsiyə olunur; hamiləlik planlaşdıran qadınlarda xüsusi nəzarət altında hormonal müalicə müzakirə oluna bilər. Gur qanaxmada küretaj həm qanaxmanı dayandırır, həm də diaqnoz üçün material verir.
Tez-tez verilən suallar
Xeyr, lakin atipik formada xərçəngə keçmə riski artır. Buna görə histoloji cavab və nəzarət vacibdir. Hormonal spiral hiperplaziyanı müalicə edirmi? Atipiyasız hiperplaziyada hormonal spiral təsirli müalicə üsuludur; nəticə nəzarət biopsiyası ilə yoxlanılır.
Mənbələr
RCOG/BSGE Green-top Guideline No. 67, Management of Endometrial Hyperplasia, 2016. Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.