XidmətVüsalə Rüstəmova · 09.10.2026
Açıq ginekoloji əməliyyatlar (laparotomiya) | Dr. Rüstəmova
Nə vaxt açıq üsul seçilir?
Çox böyük ölçülü kista və ya mioma Əvvəlki əməliyyatlardan sonra geniş bitişmə prosesi Uşaqlığın çıxarılması tələb olunan bəzi hallar Qapalı əməliyyat zamanı qanaxma və ya texniki çətinlik yarandıqda
Bərpa
Açıq əməliyyatdan sonra bərpa adətən qapalı əməliyyatdan bir qədər uzun çəkir. Erkən hərəkət, yara qulluğu və ağır yük qaldırmamaq tövsiyələri çıxarışda fərdi göstərilir. Dr. Vüsalə Rüstəmovanın praktikası
Həkimin təcrübəsindən
Qarın boşluğunda çoxsaylı bitişmələr olduğuna görə 8 sm-lik endometrioid kistanın laparotomik yolla götürülməsi; pasiyent əməliyyatdan bir gün sonra evə yazılıb. 53 yaşlı qadında menopauzadan sonrakı qanaxma, endometrium hiperplaziyası və III dərəcəli anemiya ilə uşaqlığın artımlarla birgə çıxarılması — əməliyyatdan əvvəl qan köçürülüb. Keysəriyyə zamanı iri ölçülü və çoxsaylı miomaların götürülməsi. Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.